2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə lınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 34/200

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

 

- Elvin Şirməmməd oğlu Bayramov

- Elçin Şirməmməd oğlu Bayramov

- Novruz Hüseyn oğlu Məmmədov

- Elman Oruc oğlu Əsgərov

- Sultan Mirsənan oğlu Seyidov

- Mir Kamil Mirsənan oğlu Seyidov

- Səadət İsmayıl qızı Hüseynova

- Emin Hidayət oğlu Həsənov

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       əzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

03.10.13

Azərbaycan.-2013.- 4 oktyabr.- S.7.