2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin eçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan espublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 34/199

 

 

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələbinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilər keçirilərkən aşkarlıq institutlarının normal fəaliyyəti üçün daim şərait yaratmış, müşahidəçilik fəaliyyətinə lazımi yer vermiş, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi və kütləvi informasiya vasitələri ilə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış olması üçün davamlı tədbirlər görmüşdür.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin imkanlarından geniş istifadə edilərək, respublika üzrə seçicilərin siyahıları mütəmadi olaraq nümayiş etdirilmiş, səsvermə zamanı mövcud seçki məntəqələri üzrə seçicilərin aktivliyi, səsvermənin gedişi barədə gün ərzində beş dəfədən az olmayan məlumatlar və səsvermənin ilkin nəticələri daimi olaraq seçicilərə çatdırılmışdır.

Geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi,  habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi  məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində, 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsində (referendumda), 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində və 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə  əlavə tədbirlər görərək, İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla mövcud seçki məntəqələrinin beş yüzündə veb-kameralar tətbiq etmişdir. Seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilərək uğurlu hesab edildiyindən, hazırda həmin təcrübənin davam etdirilməsi məqsədəmüvafiqdir.

Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2013-cü il  oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində işğal edilmiş ərazilər istisna olmaqla respublikanın bütün ərazisində, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"na  əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərdə işğal edilmiş ərazilər istisna olmaqla respublikanın bütün ərazisində, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın (siyahı əlavə edilir).

2. Qərarın icrası aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       əzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

03.10.13

Azərbaycan.-2013.- 4 oktyabr.- S.10.