"Azərbaycan
Respublikası vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 281 Bakı şəhəri, 2
oktyabr 2013-cü il
"Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
tabeliyində "Hərbi Vətənpərvərlik və
Mütəxəssis Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 iyul tarixli 681 nömrəli fərmanının 7-ci hissəsinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli
149 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866;
2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463,468, ¹ 8, maddə
731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10,
maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə
130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr
22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753;
2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹
4, maddə 365; 2012, ¹ 9, maddə 934) ilə təsdiq edilmiş
4 nömrəli əlavə - "Büdcə xərclərinin
inzibati təsnifatı"nın "Mətbuat orqanları,
ictimai təşkilatlar və digər tədbirlər"
bölməsinin 17-ci sətri ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.