"Azərbaycan
Respublikası ərazisində dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 280 Bakı şəhəri, 2
oktyabr 2013-cü il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcələrinə görə
bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065;
2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1,
maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7,
maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə
848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012,
№ 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə
440, № 6, maddə 727) ilə təsdiq edilmiş 3 nömrəli
əlavə - "Yerli əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrinin
Siyahısı"nın "Memarlıq abidələri"
bölməsinin "Səbail rayonu" hissəsinin 3392-ci bəndində
"Hərbi Komissarlığının" sözləri
"Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin"
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.