Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 279                   Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 53; 2002, ¹ 10, maddə 635; 2003, ¹ 6, maddə 342; 2008, ¹ 8, maddə 787; 2010, ¹ 3, maddə 264, ¹ 6, maddə 569) ilə təsdiq edilmiş "Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.4-cü bəndinin üçüncü abzasında, 1.5-ci bəndinin ikinci abzasında, 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci bəndlərinin üçüncü abzaslarında, 1.12-ci bəndinin ikinci abzasında "hərbi komissarlığın" sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri ilə, 1.12-ci bəndinin üçüncü abzasında "hərbi təhsil" sözləri "hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  4 oktyabr.- S. 5.