Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93
nömrəli qərarı ilə təsdiq edilmiş
"Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 277 Bakı şəhəri,
2 oktyabr 2013-cü il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 160; 2001, ¹ 11, maddə 725, ¹ 12, maddə 803; 2003, ¹ 4, maddə 219, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 819, ¹ 10, maddə 903; 2008,
¹ 2,
maddə 130, ¹ 8, maddə 787; 2010, ¹ 12, maddə 1123; 2011, ¹ 1,
maddə 54, ¹ 5, maddə 449; 2012, ¹ 10, maddə 1013) ilə təsdiq
edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında
Əsasnamə"nin 2.10-cu bəndinə "Daxili
İşlər Nazirliyinin" sözlərindən əvvəl
"Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin,"
sözləri əlavə edilsin və 3.1-ci bəndinin on
altıncı abzasında "hərbi komissarlığa"
sözləri "Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 2.