"Dövlət özəlləşdirmə
payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 276 Bakı şəhəri, 2
oktyabr 2013-cü il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, Sosialist Əməyi Qəhrəmanlarının və onlara bərabər tutulan digər şəxslərin, Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti olan və ya daimi yaşayan vətəndaşların siyahılarının tərtib edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə "Hərbi komissarlığı" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.
2. Həmin
Qaydalara 2 nömrəli əlavə - "Azərbaycan
Respublikasının Milli Qəhrəmanlarının, Sovet
İttifaqı Qəhrəmanlarının və onlara bərabər
tutulan şəxslərin Siyahısı"nda "hərbi
komissarı" sözləri "Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rəisi" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.