"Xəstəlik vərəqələrinin
verilməsi və müalicə-sağlamlıq məqsədlərinə
ödənişlərin təyin edilməsi və verilməsi
qaydalarının təsdiqi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 274 Bakı şəhəri,
2 oktyabr 2013-cü il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9
nömrəli qərarı ilə təsdiq edilmiş 2
nömrəli əlavə - "Sosial sığorta haqları
ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin
verilməsi qaydası haqqında Təlimat"ın 36-cı
hissəsinin dördüncü abzasında "hərbi
komissarlığın" sözləri "Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.