Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sülh və Müharibə dövrlərindəki fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri"ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 272             Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sülh və Müharibə dövrlərindəki fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri"nin 4.5-ci bəndinin üçüncü abzasında "hərbi komissarlığın" sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  4 oktyabr.- S. 5.