Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 dekabr tarixli 631 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Ali məktəblərin
hazırlıq şöbələri haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 271 Bakı şəhəri,
2 oktyabr 2013-cü il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 dekabr tarixli
631 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ali məktəblərin hazırlıq şöbələri
haqqında Əsasnamə"nin 9-cu hissəsində "hərbi
komissarlığından" sözləri "Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələrindən"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.