"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 270                   Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Prezidentinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" 2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin on birinci abzası üzrə:

1.1. "və ədliyyə" sözləri çıxarılsın;

1.2. "orqanlarının" sözündən sonra ", Ədliyyə Nazirliyinin Penitensiar Tibb xidmətlərində" sözləri əlavə edilsin;

1.3. "xüsusi təyinatlı təhsil" sözləri "hərbi hazırlıq silsilə bölmələri olan orta ixtisas təhsil" sözləri ilə əvəz edilsin;

1.4. "o cümlədən" sözlərindən sonra "ali təhsil müəssisələrinin axşam şöbələrində " sözləri əlavə edilsin.

2. 2-ci hissənin iyirminci abzası ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  4 oktyabr.- S. 5.