Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, abidənin ətrafında xeyli abadlıq işləri görülmüş, yaşıllıq sahəsi artırılmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 oktyabr.- S.1.