Sumqayıt Kimya Sənaye
Parkı ərazisində «Azərtexnolayn»
MMC-nin polad boru zavodu
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə
səfəri
Oktyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində "Azərtexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilmişdir. Dövlət başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətə davamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk sərmayəçi olan "Azərtexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir, bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına təminat yaratmış olur. Digər tərəfdən bu cür müəssisələr ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir.
Prezident İlham Əliyev ərazinin maketinə baxdı. Bildirildi ki, polad boru zavodundan əlavə yaxın zamanda burada mexaniki və hidrotexniki avadanlıq zavodları istifadəyə
veriləcəkdir.
Dövlət başçısına polad
boru zavodunun iqtisadi-texniki göstəriciləri
barədə məlumat
verildi. Bildirildi ki, burada müxtəlif diametrli polad borular istehsal
ediləcəkdir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında
ildə 100 min ton polad
borular istehsal olunacaqdır. Burada hazırlanacaq
polad borular xam neft, təbii
qaz və su xətlərinin çəkilişində, neft
emalı zavodlarında,
sənaye boru xətti şəbəkələrinin
yaradılmasında, polad
konstruksiyaların yığılmasında
istifadə olunacaqdır.
Prezident İlham Əliyevə mexaniki və hidrotexniki avadanlıq zavodlarının texniki göstəriciləri və
burada istehsal olunacaq məhsullar barədə geniş məlumat verildi.
Dövlət başçısı zavodu
işə saldı.
Prezident
İlham Əliyev istehsal prosesi ilə tanış
oldu. İlkin mərhələdə xammal kimi alınmış
30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır və
rulonlar açılıb
ütülənərək bükülməyə verilir.
Qaynaq prosesi bitdikdən sonra boru xüsusi
müayinədən keçir.
Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır.
Zavodda məhsulun keyfiyyətini
tam yoxlamaq üçün
rentgen müayinəsi
aparatı da quraşdırılmışdır. Sonra boru üzərindəki
pas və çirkdən
təmizlənmək üçün
qumlama və boyama bölmələrinə
ötürülür.
Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr,
uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcəkdir. Zavodda 2
spiral boru istehsal xətti quraşdırılmışdır.
Burada ildə 75 min ton
müxtəlif diametrli
polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif
diametrli polietilen boruların istehsalı nəzərdə tutulmuşdur.
Ümumi
sahəsi 27 min kvadratmetr
olan müəssisədə
ABŞ, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıq quraşdırılmışdır.
Zavodun məhsulları Azərbaycan
təbii qazının
və suyunun nəqlini yüksək səviyyədə həyata
keçirməyə imkan
verəcəkdir.
Diqqətə çatdırıldı ki,
zavodda 500 nəfər
işlə təmin olunacaqdır. Burada istehsal edilən
polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın
ödənilməsinə yönəldiləcəkdir.
Bu tələbat tam ödənildikdən sonra
istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya,
Qazaxıstana, Gürcüstana,
Türkmənistana və
digər ölkələrə
ixrac edilməsi planlaşdırılır.
AzərTAc
Azərbaycan.-2013.- 4 oktyabr.- S.4.