Qazax Rayon Məhkəməsinin
hakimi və sədri İ.Q.Nuriyevin
səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin
tələblərini dəfələrlə kobudcasına
pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi və
sədri İlham Qubad oğlu Nuriyevin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 5 oktyabr.- S.3.