Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik

 və beynəlxalq təcrübəyə əsasən keçirilir

 

Ketrin Eştonla Ştefan Fülenin fikirləri qərəzlidir və Azərbaycandakı demokratik prosesləri gözdən salmağa yönəlib

 

 

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. Bununla belə, müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasiiqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları" demokratik ideallara kölgə salır. Müstəqil Azərbaycan da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasiiqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.

Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq rıçaqlarını itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən xarici qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Xatırladaq ki, "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların  hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropadünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması sadəcə, təəssüf hissi doğurur.

Avropa Parlamentinin bir müddət əvvəl "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnaməsi də təşkilatın uzun illər ərzində Azərbaycanla qurduğu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin mahiyyəti ilə ziddiyyət təşkil etmişdi. Azərbaycan hələ ötən əsrin 90-cı illərinin ortalarında Avropa Şurası ilə yanaşı, Avropa İttifaqı ilə də sıx əlaqələr quraraq avrostrukturlara səmimi inteqrasiya niyyətində olduğunu təsdiqləmişdir. 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi respublikamızın bu nüfuzlu qurumla münasibətlərinin hüquqi əsasını təşkil edir. 2004-cü ildə Azərbaycan "Avropa qonşuluq siyasəti"nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiyasiyasi əməkdaşlıq daha dinamik xarakter almışdır. 2009-cu ilin may ayından isə Azərbaycan təşkilatla həm də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etməyə başlamışdır.

Bu günlərdə Avropa İttifaqının xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda seçkiqabağı vəziyyət, insan hüquq və azadlıqlarının durumu və ümumilikdə siyasi şəraitlə bağlı bəyanat vermişlər. Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatı qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb.

Bəyanatda çoxsaylı yanlışlıqların, yoxlanılmamış məsələlərin əksini tapması onun qərəzliliyinə şübhə yeri qoymur. Ölkəmizdə seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətlərini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılmışdır. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Ümumilikdə seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur. Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin bilavasitə seçki prosesi ilə əlaqələndirilməsi qeyri-obyektiv və qərəzli yanaşma hesab edilə bilər.

Qeyd edək ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bundan əvvəl də Azərbaycanla bağlı qərəzli bəyanatlar vermişdi. Seçkilər dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azaddemokratik xarakterinə kölgə salmaq cəhdidir.

Avropa İttifaqı və digər beynəlxalq qurumlar Azərbaycanda cərəyan edən proseslər haqqında kifayət qədər genişobyektiv məlumat almaq imkanlarına malikdirlər. Əslində, respublikada həyata keçirilən iqtisadi, siyasihüquqi islahatlar barədə beynəlxalq qnurumlarda kifayət qədər dolğun informasiya da var. Avropa ölkələrinin böyük əksəriyyəti etiraf edir ki, Azərbaycanda son illərdə iqtisadiyyatın inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur.

Əlbəttə, Azərbaycan müstəqilliyini bərpa etmiş dövlət kimi insan hüquq və azadlıqlarının təmini sahəsində ən yüksək nailiyyətlərə imza atdığını iddia etmir. Demokratiya təkcə institusional kateqoriya olmayıb, ilk növbədə həyat və düşüncə tərzidir. Avropada da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar. Bu mənada son illərdə Azərbaycanda iqtisadi, siyasihüquqi sahələrdə əldə olunan nailiyyətlərlə yanaşı, həyata keçirilməsi zəruri olan işlər də var. Lakin bəzi xırda faktların ictimai kontekstdən çıxarılaraq ümumiləşdirilməsi, qanunauyğunluq, sistematik baş verən hadisələr, ümumi inkişaf meyli kimi təqdim edilməsinə cəhd göstərilməsi şübhəsiz, Azərbaycandakı demokratik prosesləri gözdən salmağa yönəlmişdir.

Həmin qüvvələr başa düşməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, bəyanatlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək.

Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir. Azərbaycan hazırda elə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu gün iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik formametodlarla aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur.

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 5 oktyabr.- S.4.