Məkrli qüvvələrin sifarişilə yazılan növbəti qərəzli hesabat

 

S.NOVRUZOV: "ATƏT-in Demokratik Təsisatlar və İnsan

Haqları Bürosu "Milli Şura"nın namizədinin müdafiəçisi kimi çıxış edir"

 

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatı dərc olunub. Hesabatda ölkədə seçkiöncəsi vəziyyət, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası ilə bağlı məsələlər, seçki məntəqələri və dairə seçki komissiyalarının seçkilərə hazırlıq işləri və görülən digər işlər barədə məlumatlar əks olunub.

Bununla yanaşı, yenə də adıçəkilən qurum öz qərəzliliyini nümayiş etdirib. Məkrli ənənəsinə sadiq qalan bu təşkilat birinci aralıq hesabatında olduğu kimi, ikincisində də bəzi məlumatları şişirdilmiş formada, bəzilərini isə qərəzli şəkildə qeyd edib. Azərbaycana qarşı daim ikili standartlardan yanaşan bu qurumun hər hansısa bir sənədində ölkəmiz barədə xoş söz yazılmayıb. Bəlli olan odur ki, bu təşkilat müəyyən qüvvələrin sifarişi əsasında belə hesabatlar hazırlayır. Məsələyə münasibət bildirən siyasətçilər də eyni fikirdədirlər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI qeyd edib ki, Azərbaycana qarşı dəfələrlə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli hesabatları hazırlayıb. Bu hesabatlar isə hər hansısa missiyanın Azərbaycana səfərindən sonra deyil, səfərdən əvvəl hazır olur. İndi isə hamı seçkilərə hazırlığın, ölkədəki ictimai-siyasi mühitin yüksək səviyyədə olduğunu və prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün onlara bərəbər şəraitin yaradıldığının şahididir.

Mübariz Qurbanlı bildirib ki, bu qurum ölkədəki seçki mühiti barədə hesabat hazırladığı halda kimlərinsə fikirlərinə əsaslanıb namizədlərin keçirdikləri tədbirlər barədə qeydiyyat aparıb. Ona görə də demək olar ki, Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlər haqqında verilən məlumat tam yanlışdır. Kampaniya ərəfəsində YAP Azərbaycanın bütün şəhər və rayonlarında izdihamlı görüşlər keçirib. Bu gün YAP-ın 600 mindən artıq üzvü var və hər hansı bir görüşə kiminsə məcburi şəkildə gətirilməsi fikrinin hesabata daxil edilməsi qurumun partiyaya qarşı qərəzini sübuta yetirir.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlar çərçivəsində öz fəaliyyətini qarşılıqlı etimad, obyektivlik, şəffaf və aktiv fəaliyyət meyarları üzərində qururdaim həmin təşkilatların prinsiplərinə əməl edir, onların mövqeyinə hörmətlə yanaşır. Ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tam fərqli mövqe nümayiş etdirir. Çünki bütün Avropanın gözü qarşısında bir ölkədə prezidentliyə namizəd güllələnir, saxta seçkilər keçirilirbu saxta seçkiyə etiraz edərək küçələrə çıxan insanlar qətlə yetirilir, ancaq bunların heç biri adıçəkilən qurumun hesabatında əks olunmur. Əksinə, Ermənistanda keçirilən seçkilər ATƏT-in hesabatında müsbət rəy alır: "Bu qurum ölkəmizdə insan haqları və demokratiya ilə bağlı indiyədək obyektiv mövqe ortaya qoymayıb. Əgər belə olsaydı, Azərbaycandakı bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı tutarlı mövqe ortaya qoyar, bəyanatla çıxış edərdi".

Deputat onu da xatırladıb ki, xarici mətbuatda Azərbaycan haqqında çox müsbət yazılar dərc edilir.  Bu günlərdə dünya şöhrətli Berlin Azad Universitetinin (BAU) Xəzər Regionu Araşdırmaları Mərkəzi Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadiictimai-siyasi inkişafını müqayisə edən hesabat yayıb. Almaniyanın nüfuzlu "Qlobal Diplomatiya" analitik portalında dərc edilən hesabatın əsas hissəsi Azərbaycanın son 10 illik inkişafına həsr olunub. Hesabatda deyilir ki, Azərbaycan özünün zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası və həmçinin, hökumət tərəfindən planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionun ən güclüinkişaf etmiş dövlətinə çevrilib.

Bütün bunlar göstərir ki, Azərbaycanın bu inkişafını istəməyən qüvvələr sifarişlə qərəzli hesabat hazırlatdıraraq ölkəmizi gözdən salmağa cəhd edirlər. Ona görə də bu qərəzli hesabatları ölkəmizə qarşı təzyiq kimi qiymətləndirmək olar.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş NOVRUZOV da ATƏT-in hesabatını qərəzli hesab edir: "Bu hesabatın birinci növbədə qərəzliliyi ondan ibarətdir ki, burada demək olar heç bir obyektiv məlumat dərc olunmayıb. Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlər haqqında verilən məlumat yanlışdır. YAP bu günə qədər Azərbaycanın bütün şəhər və rayonlarında 1800-dən çox görüş keçirib.  5 tədbir isə bu gün keçirilir. Lakin təşviqat müddətinin azlığından şikayət edən "Milli Şura" bu günə qədər cəmi

8 görüş keçirib. Onun 3-ü Bakı şəhərində, qalanları isə regionlarda keçirilib və təşviqat kampaniyasının bitməsinə də cəmi 4 gün qalıb".

Siyavuş Novruzovun sözlərinə görə, ATƏT Yeni Azərbaycan Partiyasının namizədinə qarşı qərəzli, "Milli Şura"nın namizədinin isə müdafiəçisi kimi çıxış edir: "İkinci bir tərəfdən, debatlarda ən çox təhqirə yol verən "Milli Şura"nın namizədidir və bu məsələ ilə bağlı bir dəfə də olsun onun adı çəkilmir".

Hesabatda AXCP sədri Əli Kərimlinin oğlunun tutulması barədə məsələnin yer almasına münasibət bildirən deputat qeyd edib ki, kimsə buya digər şəkildə cinayət törədibsə, dələduzluq edibsə, bunu hüquq-mühafizə orqanları araşdırır və bunun seçkiyə heç bir aidiyyəti yoxdur: "Bu, kiminsə oğluya nəvəsi ola bilər. Bunun qanunun qarşısında heç bir güzəşti ola bilməz. Hər bir şəxs törətdiyi əmələ görə məsuliyyət daşıyır".

Onun sözlərinə görə, hesabatda hədəf Yeni Azərbaycan Partiyasına yönəlib ki, bu da tam şəkildə qərəzlidir. Bu, bir faktdır ki, adıçəkilən qurum Azərbaycandakı inkişafı, baş verən yenilikləri, yerinə yetirilən tövsiyələri görərək görməməzliyə vurur və hansısa məkrli qüvvələrin tapşırığını yerinə yetirir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 5 oktyabr.- S.5.