Səhiyyə naziri
Kürdəmirdə vətəndaşları qəbul etmişdir
Oktyabrın 4-də səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, əsaslı təmirdən sonra yenidən istifadəyə verilən mərkəzi rayon xəstəxanasında keçirilən qəbulda Kürdəmir, Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak etmişlər. Qəbula nazirliyin müvafiq struktur rəhbərləri də qatılmışdılar.
Vətəndaşlar əsasən regionlarda mümkün olmayan ağır cərrahiyyə, xüsusilə ürək, böyrək əməliyyatları, ixtisaslaşdırılmış klinikalarda müayinə, müalicə və digər məsələlərlə bağlı müraciət etmişlər.
Nazir Oqtay Şirəliyev qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləmiş, onların istək və təkliflərinin həlli ilə bağlı konkret tapşırıqlarını vermişdir.
Bir çox müraciətlər operativ olaraq həllini tapmış, bəzilərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Vətəndaşlar yaradılmış şərait
üçün
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.