Nəqliyyat naziri Gəncədə vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 4-də nəqliyyat naziri Ziya Məmmədov Gəncədə Naftalan, Gəncə, Mingəçevir şəhərlərindən, eləcə də Goranboy, Göygöl, Samux, Ağdam, Yevlax, Bərdə, Tərtər və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin strukturuna daxil olan idarə və təşkilat rəhbərlərinin də  iştirak etdikləri qəbulda vətəndaşlar yol infrastrukturu, sərnişindaşıma, yeni avtovağzalların tikilməsi, eləcə də işə qəbulla bağlı müraciət etmişlər.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bəzilərinin isə araşdırılması və tədbirlər görülməsi üçün nazirliyin strukturuna daxil olan idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.