Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
sədri Şəmkirdə
vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 4-də Şəmkir, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Samux, Daşkəsən, Gəncə, Goranboy, Göygöl, Naftalan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Şəmkir şəhərində keçirilən qəbulda bu rayonlardan olan ailələr öz problemləri ilə bağlı müraciət etmişlər. Komitə sədri Hicran Hüseynova onların problemlərini diqqətlə dinləmişdir. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilmişdir. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer alır. Eyni zamanda, komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.