Kişineuda MDB üzvü
olan ölkələrin Dövlət İnformasiya
Agentliklərinin Rəhbərləri
Şurasının XVII iclası olmuşdur
AzərTAc-ın baş direktoru
Aslan Aslanov "MDB-nin
yubiley gümüş
medalı"na layiq görülmüşdür
Oktyabrın 4-də Moldovanın paytaxtı Kişineuda MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformşura) XVII iclası olmuşdur.
İclasda Moldova, Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistanın informasiya agentliklərinin, MDB İcraiyyə Komitəsinin rəhbərləri və nümayəndələri iştirak etmişlər. Tədbirdə AzərTAc-ı Rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva təmsil edir.
AzərTAc xəbər verir ki, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sədrlik etdiyi iclasın gündəliyinə 2014-cü ildə informasiya sahəsində əməkdaşlıq məsələləri, MDB Milli İnformaisya Agentlikləri Assosiasiyası (ANİA) çərçivəsində müştərək layihələr, 2013-cü ildə Belarus Respublikasının ANİA-da sədrliyinin kütləvi informasiya vasitələrində işıqlandırılması və başqa məsələlər daxil idi.
Moldpress agentliyinin baş direktoru Vladimir Dariye bu agentliyin fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir.
İclasın gündəliyinə, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi bayramına hazırlıq, "Birliyin əlamətdar və tarixi hadisələri" elektron təqviminin yaradılması, müştərək yaradıcılıq müsabiqələrinin keçirilməsi, agentliklərin qarşılıqlı fəaliyyəti prosesində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, habelə şuranın növbəti iclasının vaxtı və keçiriləcəyi yer haqqında məsələlər də daxil idi.
MDB İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin direktoru Aleksandr Zavarzin AzərTAc-ın baş direktoru Aslan Aslanovun və "Qazaxıstan İnformasiya Agentliyi" Milli şirkətinin - KAZİNFORM-un prezidenti Dauren Diyarovun MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdikləri töhfəyə görə "MDB-nin yubiley gümüş medalı"na layiq görüldüyünü elan etmişdir.
Elə
həmin gün MDB İnformasiya Şurasının
iclasının iştirakçılarının Moldovanın
Baş naziri Yuri Lyanke və Moldova Dövlət Universitetinin
jurnalistika fakültəsinin tələbələri ilə
görüşü olmuşdur.
Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.