Azərbaycan alimi beynəlxalq
jurnalın rəhbəri seçilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Böyük Britaniyada dərc olunan "Convergence Computing" beynəlxalq jurnalının Məsləhət Şurasının rəhbəri seçilmişdir.
İnformasiya
Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər
ki, qlobal konvergensiya sahəsində hesablama konsepsiyası və
metodları, mobil, kvant, qrid, klaster və cloud hesablama, süni
intellekt, multimedia və qlobal təhsil, bilik idarəçiliyi,
verilənlərin emalı, coğrafi informasiya sistemləri və
s. kimi elmi istiqamətləri əhatə edən jurnal
"Inderscience Publishers" elmi nəşriyyatına daxil olan
dərgilər siyahısındadır.
Azərbaycan.-2013.- 5 oktyabr.- S.9.