Bakıda gənc rus dili müəllimlərinin, aspirantların və
rusist tələbələrin «MDB-də inteqrasiya proseslərinin inkişafının əsası
olan rus dilinə dəstək»
mövzusunda regional forumu başa
çatmışdır
Bakıda gənc rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin "MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək" mövzusunda regional forumu başa çatmışdır.
Xatırladaq
ki, forum Müstəqil Dövlətlər Birliyinin, Xarici
Ölkələrdə Yaşayan Həmvətənlərin
İşləri və Beynəlxalq
Humanitar Əməkdaşlıq
üzrə Federal Agentlik (Rossotrudniçestvo) və L.N.Tolstoy adına Tula Dövlət
Pedaqoji Universiteti (TDPU) tərəfindən "Rus dili
(2011-2015-ci illər)" məqsədli Federal proqramı
çərçivəsində keçirilmişdir.
Oktyabrın
4-də TDPU-nun mütəxəssisləri
Rusiya İnformasiya və Mədəniyyət
Mərkəzində gənc yerli rusist müəllimlər və
orta məktəblərin rus dili və ədəbiyyatı
müəllimləri üçün ustad dərslərin,
metodiki seminarların, açıq dərslərin və viktorinaların
keçirilməsini başa çatdırmışlar.
RİMM-in
mətbuat xidmətindən bildirmişlər ki, yeni
tanışlıqlar, yeni adlar və yeni ideyalar müəllimlər
və dinləyicilər
üçün əhəmiyyətli və faydalı
olmuşdur. Rusiya müəllimləri
görüşü yekunlaşdıraraq son tövsiyə və məsləhətlərini
vermişlər. Azərbaycan və Gürcüstandan olan həmkarları
isə yekun materialların qısa müddətdə onlara göndərilməsini
xahiş etmişlər, çünki
həmin materiallar ali
və orta məktəblərdə məşğələlərin
hazırlanması və aparılması üçün
son dərəcə əhəmiyyətlidir.
Gənc
rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin
"MDB-də inteqrasiya proseslərinin inkişafının əsası
olan rus dilinə dəstək" mövzusunda regional forumunun
bütün iştirakçıları müvafiq sertifikatlar
almışlar.
Forum günlərində
Bakıda "Mir" telekanalının
çəkiliş qrupu işləmişdir.
Forum iştirakçıları iki filmin birdən -
rusiyalı həmvətənlərin həyatı və MDB
ölkələrində rus dilinin əhəmiyyəti barədə filmlərin qəhrəmanları
olmuşlar.
Həmin filmlər 2013-cü ilin sonunadək televiziya ilə nümayiş etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 5 oktyabr.- S.9.