Paytaxtımız əcnəbi rəssamların
gözü ilə
Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycanın
Kişinyovdakı səfirliyinin təşkilatçılığı
ilə Moldovanın dörd rəssamı
Bakıya yaradıcılıq səfəri ediblər. Onlar azərbaycanlı həmkarları ilə
birlikdə paytaxtımızı və onun
ətrafını gəzərək rəsmlər çəkiblər.
Elə bu rəsmlərdən
ibarət də "Qalereya 1969" salonunda moldovalı rəssamların sərgisi
açılıb. İki ölkə
arasında əməkdaşlığın inkişafına
töhfə olan bu sərgidə
Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie
Aleksandr Leu Bakı ilə
bağlı çəkdikləri rəsmləri izləyicilərə
təqdim etdilər. Sərgidə çıxış
edənlər bildirdilər ki, burada nümayiş etdirilən
əsərlərdən ibarət kataloqun
nəşri də bu yaxınlarda
işıq üzü görəcək.
Azərbaycan.-2013.- 5 oktyabr.- S.12.