Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 283 Bakı şəhəri, 2
oktyabr 2013-cü il
Azərbaycan Respublikası Prezidentinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 134; 2010, ¹ 1, maddə 59; 2012, ¹ 12, maddə 1371) ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. Mətn üzrə "hərbi təhsil" sözləri "hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil" sözləri ilə əvəz edilsin.
2. 2.5-ci bəndin birinci abzasında "və zərurət olduqda," sözləri "dermato veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.
3. 2.7-ci bənddə "edilə bilər" sözləri "edilir" sözü ilə əvəz edilsin.
4. 2.8-ci bənddə və 3.1-ci bəndin dördüncü abzasında "göndərilə
bilər" sözləri "göndərilir" sözü ilə əvəz edilsin.
5. 2.9-cu bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Sağlamlıq vəziyyətinə
görə çağırışa
möhlət 3 il müddətinədək, hər
dəfə 1 ildən
artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra,
sağlamlıq vəziyyətindən
asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır,
ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya
da dinc dövr
üçün hərbi
xidmətə yararsız,
müharibə dövrü
üçün məhdud
yararlı hesab edilərək ehtiyata keçirilirlər.".
6. 2.11-ci bəndin dördüncü
abzasında "dermatoveneroloq" sözü
"dermato veneroloq, psixoloq" sözləri ilə əvəz edilsin.
7. 3.2-ci bənddə "dermatoveneroloq
və zəruri hallarda" sözləri
"dermato veneroloq, psixoloq və Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən
edilmiş zəruri hallarda" sözləri ilə əvəz edilsin.
8. 5.3-cü bəndin
üçüncü abzasının
ikinci cümləsindən
"müstəsna hallarda"
sözləri çıxarılsın,
həmin cümlədə
"verilə bilər"
sözləri "verilir"
sözü ilə, üçüncü
cümləsində "artırıla
bilər" sözləri
"artırılır" sözü ilə əvəz edilsin.
9.
5.4-cü bəndin ikinci
abzasında, üçüncü
abzasının birinci
cümləsində "uzadıla
bilər" sözləri
"uzadılır" sözü
ilə, üçüncü
cümləsində "Zəruri
hallarda müalicədə"
sözləri "Müalicədə"
sözü ilə,
"uzadıla bilər"
sözləri "uzadılır"
sözü ilə əvəz edilsin.
10. 5.5-ci bəndin birinci və ikinci abzaslarında, 5.9-cu bənddə
"çıxara bilər"
sözləri "çıxarır"
sözü ilə əvəz edilsin.
11. 6.1-ci bəndin üçüncü
abzasında "göndərilə
bilər" sözləri
"göndərilir" sözü
ilə, dördüncü abzasında
"həkim-mütəxəssislər, zəruri hallarda" sözləri "stomatoloq,
dermato veneroloq, psixoloq və Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən
edilmiş zəruri hallarda" sözləri ilə əvəz edilsin.
12.
6.3-cü bəndin birinci
və ikinci abzaslarında "şəhadətləndirilə
bilərlər" sözləri
"şəhadətləndirilirlər"
sözü ilə əvəz edilsin.
13.
7.4-cü bəndin birinci
abzasında "çıxara
bilər" sözləri
"çıxarır" sözü ilə, ikinci abzasının birinci cümləsində
"edilə bilər"
sözləri "edilir"
sözü ilə əvəz edilsin.
14. 8.2-ci bənddə "hərbi
təhsil (təhsil)"
sözləri "hərbi
liseylərə, hərbi
qulluqçu hazırlayan
xüsusi təyinatlı
təhsil" sözləri
ilə əvəz edilsin.
15. 3 nömrəli cədvəl
- "Vətəndaşların sağlamlıq vəziyyətinə
dair əlavə tələblər" üzrə:
15.1. "a" bəndinin 5-ci qrafasının
adı aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan Respublikası
DİN-in Daxili Qoşunlarının
hissələri, qarovul
hissələri";
15.2. "ç" bəndinin
adında "hərbi
təhsil müəssisələrinə"
sözləri "hərbi
qulluqçu hazırlayan
xüsusi təyinatlı
təhsil müəssisələrinə
və hərbi liseylərə" sözləri
ilə və həmin bənd üzrə "Qeydlər"in
1-ci, 2-ci və 3-cü hissələrində
"hərbi təhsil
müəssisələrinə" sözləri "hərbi
qulluqçu hazırlayan
xüsusi təyinatlı
təhsil müəssisələrinə"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 6 oktyabr.- S. 1.