"Hərbi qulluqçulara (xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi  haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 282                   Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Hərbi qulluqçulara (xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 638, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 777; 2012, ¹ 12, maddə 1350) adına və 1-ci hissəsinə "xüsusi təyinatlı təhsil" sözlərindən əvvəl "hərbi qulluqçu hazırlayan" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  6 oktyabr.- S. 1.