Uğurlu sosial siyasət modeli

 

Avrozonada işsizliyin səviyyəsi 2013-cü ildə rekord həddə çatdığı halda,

Azərbaycanda yeni iş yerlərinin sayı artmaqdadır

 

 

Azərbaycanda son on ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması bu siyasətin prioritet istiqamətlərindən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Bu təbəqənin maraqları mütləq nəzərə alınır, hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə edilmiş mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlmişdir. Həmin maddəyə edilmiş dəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin Konstitusiyada əksini tapması respublikanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasət strategiyasında sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənmişdir. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmayaraq hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürmüşdür.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 10 ildə 1 milyon 200 mindən çox yeni yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması, habelə yoxsulluq həddinin 44 faizdən 5,6 faizə enməsidir. Bu ilin altı ayında 55 min yeri yaradılmışdır ki, onlardan da 45 mini daimi yeridir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Məlumat üçün qeyd edək ki, Avrozonada işsizliyin səviyyəsi 2013-cü ilin altı ayında rekord həddə çatıb. Avrozonanın 17 ölkəsində işsizlərin ümumi sayı 19 milyon 380 min nəfər olub. İşsizliyin ən yüksək səviyyəsi İspaniya və Yunanıstanda 25 faiz, İtaliyada isə 24,4 faiz qeydə alınıb. Gənclər arasında işsizlik isə daha yüksək rəqəmlərlə ölçülür. Rəsmi məlumata əsasən, gənclər arasında ən yüksək işsizlik göstəriciləri Yunanıstanda 55,4 faiz, İspaniyada 53,2 faiz, İtaliyada 40,5 faiz, Portuqaliyada 37,7 faiz, Fransada isə 24,3 faiz təşkil edir. Əksər Avropa dövlətlərində 17-24 yaşlılar arasında axtaranların sayı iki dəfə artıb.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Dəniz səviyyəsindən üç min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, Lerik və Yardımlı rayonlarına qaz kəmərlərinin çəkilməsi, strateji əhəmiyyətli Quba-Şamaxı yolunun çəkilişinə başlanması buna sübutdur. Eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və təbii qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi və digər tədbirlər bu iqtisadi siyasətin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Müstəqil Azərbaycanın son illər inkişaf yolunda olması və dinamik makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır. Sürətli tərəqqinin barometrinə çevrilən büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri sosialinfrastruktur layihələrinin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır.

Azərbaycanın son illərdəki dövlət büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi islahatların səmərəli nəticələri özünü əyani şəkildə göstərir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən respublikada büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdirbu da regionda ən yüksək göstəricilərdən sayılır. Məsələn, 2003-cü ildə təxminən 1 milyard 200 milyon manat təşkil edən Azərbaycanın dövlət büdcəsi ötən illərdə 12 dəfədən çox artmışdır.

"Azərbaycan Respublikasının 2013-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu isə Avropada qlobal böhranın mənfi təsirlərinin hələ də qabarıq duyulduğu bir dövrdə respublikamızın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. "Büdcə sistemi haqqında" qanuna, habelə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun şəkildə tərtib edilən dövlət büdcəsində qlobal böhranın milli iqtisadiyyata təsirləri, habelə 2013-2016-cı illərdə gözlənilən nəticələr ciddi nəzərə alınmışdır. 2013-cü ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaratmışdır.

2013-cü ilin dövlət büdcəsi 2012-ci ilin dövlət büdcəsi ilə müqayisədə gəlir və xərclərin artması ilə diqqəti çəkmişdir. Bu ilin dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat, xərcləri isə 19,8 milyard manat təşkil edir ki, bu, cari illə müqayisədə 2,14 milyard manat çoxdur. 2013-cü ilin dövlət büdcəsinin gəlir və xərcləri 2012-ci illə müqayisədə 12 faiz, 2011-ci illə müqayisədə 30 faiz çox nəzərdə tutulmuşdur. Bu rəqəmlər Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizinin məhz Azərbaycanın payına düşdüyünü göstərir.

Büdcə zərfində diqqət çəkən mühüm məqamlardan birisosialinvestisiya xərclərinin prioritetliyinin qorunub saxlanılmasıdır. Hər iki sahəyə ayrılan vəsaitlərin həcminin ilbəil artırılması Azərbaycanın sosial dövlət konsepsiyasına sadiqliyini göstərir. Bu ilin dövlət büdcəsi xərclərinin strukturunda ilk yeri ənənəvi olaraq dövlət əsaslı vəsait qoyuluşları tutur. Bu məqsədlə büdcədən 6 milyard 915,2 milyon manatya ümumi büdcə xərclərinin 34,9 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. 2013-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) 2012-ci illə müqayisədə 1 milyard 14,1 milyon manatya 19,18 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 1 milyard 63,6 milyon manatya 18,2 faiz çoxdur.

Bu təsnifat üzrə dövlət büdcəsindən ayırmaların yüksək templə artması hökumətin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən qalma infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, davamlı və sabit iqtisadi inkişafa nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yüksəltməyin qeyri-mümkünlüyü yaxşı məlumdur. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunalsosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Dövlət vəsaitləri hesabına kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması və s. həyata keçiriləcək. Bu vəsaitin müəyyən hissəsi əvvəlki illərdən başlanmış və ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyətə malik layihələrin icrasına yönəldiləcəkdir.

Bu ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin, eləcə də ipoteka proqramlarında vəsaitlərin artırılması ilə də diqqəti cəlb edir. Əgər 2012-cu ildə ipoteka kreditləşməsi üçün cəmi 20 milyon manat ayrılmışdısa, 2013-cü ildə bu rəqəm 40 milyon manat təşkil edir. İqtisadçı ekspertlərin fikrincə, bu vəsait hesabına 1300-dən çox ailənin mənzil probleminin həllinə nail olmaq mümkündür.

Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası da dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və bu il iyulun 22-də 17 mərtəbəli, ikibloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi. Ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam da imzalayıb. Sərəncama əsasən mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması qərara alınıb.

Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bu istiqamətdə görülən müsbət işlər deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarının sosial rifah halı qarşıdakı illərdə daha da yaxşılaşacaq.

 

Azərbaycan.-2013.-  6 oktyabr.- S. 1.