Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

 

 

Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış etdi. Bildirdi ki, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Şahin Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirdi. Qeyd etdi ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19  layihənin 11-nin  icrası bu il başa çatdırılıb.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib. "Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli suenerji ilə təchizatını daha da yaxşılaşdıracaq" - deyən iqtisadi inkişaf naziri hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, regionlarda sahibkarlıq subyektlərinin sayının və vergi daxilolmalarının artdığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub. Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.

Ötən aylarda Bakı şəhəri və qəsəbələrində müvafiq proqram çərçivəsində nəqliyyat, qaz, enerji, su-kanalizasiya və digər sahələrdə layihələr həyata keçirilib, sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər görülüb. Şahin Mustafayev onu da bildirdi ki, bu ilin 9 ayında qeyri-neft sənayesinin inkişafı davam edib, gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə, müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcəkdir.

Bu dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Dövlət dəstəyi ilə intensiv metodlarmüasir texnologiyalar əsasında istifadəyə verilmiştikintisi davam etdirilən müəssisələr hesabına yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaqbu tədbirlər nəticəsində özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcəkdir. İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı da son 9 ayda mühüm işlər görülüb. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə təbdirlər görülür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev onu da vurğuladı ki, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. "ASAN xidmət"in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir. Təsadüfi deyil ki, maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilibbu layihələr hesabına 10200-dək yeni yeri yaradılacaqdır. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Bu dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat təşkil edib, orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 417 manata çatıb. Bununla da ölkə iqtisadiyyatının inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

 

* * *

 

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV çıxış etdi. O, Azərbaycan iqtisadiyyatının 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirdiyini bildirdi. Qeyd etdi ki, Mərkəzi Bankın fəaliyyət sferası üzrə 2013-cü ilin 9 ayında mühüm uğurlar əldə edilib. Mərkəzi Bank 2013-cü ildə öz siyasətini birrəqəmli inflyasiya, məzənnənin sabitliyi, maliyyə sabitliyi və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi kimi hədəflərə yönəldib və hesabat dövründə qarşıda qoyulan məqsədlərə nail olunub. 2013-cü ilin 9 ayında pul siyasəti iqtisadiyyatın artım dinamikası və inflyasiya gözləntiləri nəzərə alınmaqla həyata keçirilib, nəticədə makroiqtisadi sabitlik qorunub, qiymət sabitliyi təmin edilib, manatın məzənnəsi sabit qalıb.

Hesabat dövründə aparılan təhlillər göstərib ki, manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. Sərhədyanı ticarətdə fəal istifadə edilən milli valyutamız olan manata artıq bir sıra aparıcı mərkəzi banklar ehtiyat valyutası kimi öz maraqlarını göstərirlər.

Elman Rüstəmov onu da dedi ki, hesabat dövründə ölkədə qiymət sabitliyi təmin edilib, 9 ayda orta illik inflyasiya cəmi 2,3 faiz təşkil edib. Əhali gəlirlərinin artım tempi inflyasiya tempini üstələyib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub. Qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir. Bununla yanaşı, manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb. Bu dövrdə ölkədə bank sisteminin inkişafı və maliyyə dayanıqlığı istiqamətində də tədbirlər həyata keçirilib. 2013-cü ilin 9 ayında Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirib, risk əsaslı yeni nəzarət çərçivəsinin formalaşdırılması üzrə səylər gücləndirilib. Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunub, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri onu da vurğuladı ki, hesabat dövründə maliyyə vasitəçiliyi daha da genişlənib. İlkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artıb. Kreditlər ev təsərrüfatlarına 30 faiz, kənd təsərrüfatı və emala 30 faiz, nəqliyyat və rabitəyə 12 faiz artıb. Əhalinin əmanətləri ilin əvvəlinə nəzərən təxminən 20 faiz artaraq 6,1 milyard manata çatıb və sektorun kapital mövqeyi qənaətbəxşdir. 2013-cü ilin 9 ayında məcmu kapital 19 faizdən çox artıb, kapital adekvatlığı göstəricisi 12 faizlik normaya qarşı 17 faiz təşkil edir. Bank sistemi üzrə maliyyə nəticələri yaxşılaşıb.

Qeyd olundu ki, bank sistemi üzrə xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. İlin əvvəlindən kreditlər və depozitlər  üzrə orta faiz dərəcələrində azalma prosesi davam edib.

Çıxışında ipoteka kreditlərinin verilməsindən danışan Elman Rüstəmov bildirdi ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, "Elektron ipoteka" sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb.

Elman Rüstəmov ödəniş infrastrukturunun inkişafından danışarkən dedi ki, hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. 2013-cü ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb.

Elman Rüstəmov onu da bildirdi ki, Mərkəzi Bankın beynəlxalq əlaqələri genişlənib, beynəlxalq təcrübə mübadiləsinin aparılması ilə bağlı əməkdaşlıq artırılıb. Bununla da bank və maliyyə sektorunda uzunmüddətli inkişafın təmin olunması istiqamətində təsirli tədbirlər görülübbu sahədə işlər qarşıdakı dövrdə də davam etdiriləcək.

 

* * *

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV çıxışında bildirdi ki, 2013-cü ilin 9 ayında ölkədə müşahidə olunan makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində bir çox keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu ilin 9 ayında ölkədəki iqtisadi inkişafa uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri sürətlə artıb və 1 milyard 978 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 faizya 144 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 12 faiz artaraq 1 milyard 120 milyon manata çatıb. İşləyənlərin və onların maaşlarının qeydiyyatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun müvafiq təşkilatlarla birgə işi nəticəsində 600 min nəfər əlavə qeydiyyata alınıb və sığorta olunan şəxslərin sayı 2 milyon 630 min nəfəri ötüb.

Səlim Müslümov bildirdi ki, cari ilin 9 ayında Fondun xərcləri 1 milyard 890 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu Maliyyə Nazirliyi ilə birlikdə aylıq ödəniş qrafikini təsdiq edibbu qrafikə uyğun olaraq pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb. Bundan əlavə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Əmək pensiyalarının baza hissəsinin artırılması, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı imzalanan müvafiq sərəncamlara əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslər istisna olmaqla, qalan 1 milyon 209 min nəfərin pensiyasının baza hissəsi sentyabrın 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 16,5 manatdan 37,5 manata qədər artım tətbiq edilib. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu artımlardan sonra Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 milyon manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri vurğuladı ki, hazırda fondun uçot sistemində ölkənin əmək qabiliyyətli əhalisinin 44 faizinin, məşğul əhalisinin isə 60 faizinin fərdi şəxsi hesabı vardır. O da qeyd olundu ki, bu ilin iyul ayında Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Pensiya yaşına çatmış vətəndaş heç bir orqana getmədən və heç bir sənəd təqdim etmədən Fondun "Mərkəzi Çağrı Sistemi"nə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə ona avtomatik olaraq pensiya təyin edilir və vətəndaşa təyin olunan pensiyanın məbləği və plastik pensiya kartını ala biləcəyi tarix və müvəkkil bankın ünvanı bildirilir. Eyni zamanda vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilir. Bu islahat tədbiri sistemdə  şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub. İki aydan bir qədər az vaxt ərzində 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır.

Səlim Müslümov onu da dedi ki, pensiya təyinatının avtomatlaşdırılması davamlı pensiya islahatı tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya təyinatı alqoritminin sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotunun təşkili, sistemdə Avropa standartlarına uyğun müasir infrastrukturun qurulması, fondun serverlərində nadir məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.

Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələrin yaradılması işi davam etdirilib, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı artırılıb və "elektron hökumət" portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlər sırasına daxil olub. Bu ilin 8 ayında 84 min nəfərdən çox şəxs "elektron hökumət portalı" vasitəsilə bu xidmətlərdən istifadə edib. Bununla da 2013-cü ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi tədbirlər sayəsində ölkədə aparılan pensiya islahatlarında mühüm nailiyyətlər əldə edilib.

 

* * *

 

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

 

 

Azərbaycan.-2013.- 8 oktyabr.- S.2.