Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə dost Rusiya dövlət demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadi, sosial humanitar sahələrin dinamik inkişafı ilə bağlı genişmiqyaslı proqramların layihələrin həyata keçirilməsində sanballı uğurlar qazanmışdır. Dünya arenasında ölkənizin mövqeyinin möhkəmlənməsi, beynəlxalq regional məsələlərdə onun rolunun artması Sizin adınızla bağlıdır.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu gün ölkələrimiz arasında çoxəsrlik dostluq mehriban qonşuluq əlaqələri, əməkdaşlıq strateji tərəfdaşlıq hərtərəfli inkişaf edir genişlənir.

Sizin bu yaxınlarda Azərbaycana səfərinizi, mehribanlıq şəraitində görüşlərimizi söhbətlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq konstruktiv dialoq xalqlarımızın ölkələrimizin firavanlığı, regionda sülhün, sabitliyin təhlükəsizliyin təmin edilməsi naminə ölkələrimiz arasında sıx əməkdaşlığın daim ayrılmaz tərkib hissəsi olacaqdır.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq uğurlar diləmək istəyirəm.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.