Azərbaycan Prezidenti İlham Əliyev Fransa
Senatının üzvü, Senatın
müşahidə missiyasının rəhbərinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin
uğurlu inkişafından məmnunluq ifadə olundu, Fransa
Senatının müşahidə missiyasının ölkəmizə
səfərinin önəmi vurğulandı, prezident
seçkilərinə hazırlıqla əlaqədar
görülən işlər barədə fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.