Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva
Rus Pravoslav kilsəsinin yüksək
ordeninə layiq görülmüşdür
Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir.
Həştərxan vilayətinin rəsmi saytında (astrobl.ru) verilən məlumata görə, Leyla Əliyeva bu təltifə Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə layiq görülmüşdür.
Müqəddəs Mələksima Knyaginya Olqa ordeni 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunmuşdur. Bu ordenlə kilsə, dövlət və ictimai xidmətin müxtəlif sahələrində böyük töhfələri olan qadınlar təltif edilir.
Mükafatın
yüksək statusu onunla təsdiqlənir ki, indiyə qədər
bu ordenə Rusiya Federasiyası Federal Məclisinin Federasiya
Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq
prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya
Vladimirovna Romanova layiq görülmüşlər.
AzərTAc
Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.