Avropa Parlamenti
müşahidə missiyasının üzvləri Milli Məclisdə olmuşlar
Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamentinin nümayəndə heyəti oktyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Azərbaycanda artıq yeddinci dəfə prezident seçkilərinin keçirildiyini qeyd edən Milli Məclisin Sədri hər seçkidən sonra ölkəmizin təcrübəsinin daha da artdığını vurğulamışdır. Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərini 40 minə yaxın müşahidəçinin izləyəcəyini deyən Oqtay Əsədov onlardan 1300 nəfərinin beynəlxalq müşahidəçi olduğunu diqqətə çatdırmışdır.
Avropa Parlamentinin deputatları Azərbaycanın Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlığından razılıqlarını ifadə edərək bu seçki prosesini yaxından izləyəcəklərini söyləmişlər.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması məsələsindən
də danışan deputatlar bu problemin son vaxtlar təşkilatın
toplantılarında mütəmadi
qaldırıldığını bildirmişlər.
Qeyd
olunmuşdur ki, Ermənistan silahlı qüvvələrinin
işğal altında saxladığı Azərbaycan ərazilərindən
çıxarılması məsələsi qurumun qəbul
etdiyi bütün sənədlərdə əksini tapır.
AzərTAc,
Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.