2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Ümid Partiyasının vəkil
edilmiş şəxslərinin qeydə
alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 35/208
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Azərbaycan Ümid
Partiyasının vəkil edilmiş şəxsləri kimi
qeydə alınsınlar:
- Zahid Xandəmir oğlu Quliyev
- Zahid Səməd oğlu Məmmədov
- Mahiyə Rəcəb qızı Məmmədova
- Seymur Ağasəlim oğlu Həsənli
- Qabil David oğlu Yolçuyev
- Loğman Laçın oğlu Məmmədov
- Ülviyyə İsmət qızı Əhmədova
- Elbrus İslam oğlu İmanov
- Gülnaz Dostəli qızı Əliyeva
- Zeynalabdin Akif oğlu Məmmədov
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
07.10.2013
Azərbaycan.-2013.- 8 oktyabr.- S.8.