"Qala" Dövlət
Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi
haqqında Əsasnamə"nin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 285 Bakı şəhəri, 2
oktyabr 2013-cü il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin,
idarənin strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say həddinin müəyyən
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 805 nömrəli
Fərmanının 2.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi
rejimi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2.
"Bakı Şəhərinin Qala qəsəbəsi Dövlət
tarix-etnoqrafiya qoruğu haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan SSR Nazirlər
Sovetinin 1988-ci il 22 dekabr tarixli 457 nömrəli qərarı ləğv
edilsin.
Artur
RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan
Respublikası Nazirlər abinetinin
2013-cü il 2oktyabr arixli 285 nömrəli qərarı
ilə təsdiq edilmişdir
“Qala”
Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi
haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğu(bundan sonra - Qoruq) Azərbaycan SSR Nazirlər
Sovetinin 1988-ci il 18 aprel tarixli 135 nömrəli qərarına əsasən
yaradılmışdır.
1.2. Qoruq - tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Abşeronun insan məskənlərinə xarakterik olan memarlıq abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.
1.3. Qoruğun tarix-memarlıq görkəminin, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun mühafizə (bufer) zonası yaradılır.
1.4. Qoruğun məqsədi ərazidə yerləşən abidələrin və etnoqrafik materialların mühafizəsindən, tədqiqi və səmərəli istifadəsindən, habelə Qoruq ərazisinin təbii landşaftını və həcm-planlaşdırma quruluşunu pozmadan onun tarixi-memarlıq görkəminin qorunmasından, bərpası və abadlaşdırılmasından, müasir turizm infrastrukturunun qurulmasından, ənənəvi kənd mühitində yerli sakinlərin yaşayışı üçün əlverişli şəraitin təmin edilməsindən ibarətdir.
1.5. Qoruğun sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
1.6. Qoruq Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli
1911 nömrəli Sərəncamına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) tərəfindən
idarə edilir.
1.7. Qoruğun ərazisində yerləşən
abidələr və dövlət mülkiyyətində olan
tikililər İdarənin balansındadır. Abidələrin
texniki inventar sənədləri İdarədə
saxlanılır.
1.8. Qoruq Bakı şəhərinin
Qala qəsəbəsində yerləşir.
2.
Qoruq ərazisinin və abidələrin mühafizə rejimi
2.1.
Qoruğun hüdudları daxilində yerləşən torpaq
sahəsi və üzərindəki tikililər yeraltı mədəni
təbəqələrlə birlikdə bu Əsasnamə ilə
tənzimlənən xüsusi rejimli sahə hesab olunur.
2.2. Qoruq ərazisində həyata keçirilən işlər Qala qəsəbəsinin baş planına, Qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır.
2.3. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayiş və inkişaf etdirilməsi məqsədləri üçün istifadə edilir.
2.4. Qoruq ərazisində abidələrin siyahıya və dövlət qeydiyyatına alınması, onların pasportlaşdırılması İdarə tərəfindən həyata keçirilir.
2.5. Fiziki və hüquqi şəxslər Qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməzlər. İdarənin müsbət rəyi olmadan Qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparıla bilməz.
2.6. Qoruq ərazisində abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər İdarəninqərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.
2.7. Qoruq ərazisinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. İdarənin razılığı olmadan Qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır. Qoruq ərazisində fiziki və hüquqi şəxslərə yeni torpaq sahələri ayrılmır.
2.8. Qoruq ərazisində yerləşən qədim qəbiristanlıqda dəfnlərin aparılmasına yol verilmir.
2.9. Xarici dövlətlərin diplomatik və beynəlxalq təşkilatlarının nümayəndəliklərinin, habelə öz fəaliyyət istiqamətlərinə görə Qoruğun məqsədlərinə uyğun gəlməyən müəssisə, idarə və təşkilatların Qoruq ərazisində yerləşdirilməsi İdarənin razılığı əsasında həyata keçirilir.
2.10. Qoruq ərazisi ənənəvi kənd həyətləri şəbəkəsinə malik 4 tarixi yaşayış məhəlləsindən ibarətdir.
2.11. Qoruq ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələblərini irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək İdarənin səlahiyyətlərinə aiddir.
2.12. Abidələrin tarix-memarlıq görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
2.13. Qoruq ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə, bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, abadlıq və digər işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin qərarı əsasında dövlət və yerli büdcələrin vəsaiti hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.
2.14. Bu işlər yerinə yetirilərkən tikililərin ümumi miqyası və xarakteri, təşəkkül tapmış yerli memarlıq ənənələri nəzərə alınmalı və ənənəvi tikinti materiallarından istifadəyə üstünlük verilməlidir.
2.15. Qoruq ərazisində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, yenidənqurma və yenidən planlaşdırma işlərinin razılaşdırılması mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq İdarə tərəfindən həyata keçirilir.
2.16. Qoruq ərazisində inşaat və digər təsərrüfat işləri həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında İdarənin icazəsi ilə davam etdirilə bilər.
2.17. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. İdarə həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisinin iştirakını təmin edir.
2.18. Qoruq ərazisində magistral mühəndis kommunikasiyalarının çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən, texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır.
2.19. Həmin zonada arxeoloji abidə aşkar olunarsa, İdarənin icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.
2.20. Qoruq ərazisində
mühəndis-kommunikasiya və yol infrastrukturunun, habelə kommunal
xidmətlərinin fəaliyyətinin təmin edilməsi,
sanitariya-təmizlik, abadlıq və
yaşıllaşdırma işlərinin təşkili,
dövlət yaşayış və qeyri-yaşayış
sahələrinin uçotu və onlara xidmət göstərilməsi İdarənin
tabeliyindəki qurum vasitəsilə
təmin edilir.
2.21. Qoruq ərazisinə aid Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilən dövlət qurumlarının səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, müvafiq hüquqmüəyyənedici sənədlər İdarə tərəfindən verilir.
2.22. Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır.
3. Qoruq ərazisində yerləşən abidələrdən istifadə qaydaları
3.1. Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.
3.2. Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər İdarə ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və onların salamatlılığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
3.3. Qoruğun ərazisində yerləşən abidələrdən İdarənin razılığı ilə elmi, mədəni, dini, turizm, xidmət, yaşayış və təsərrüfat məqsədləri üçün istifadə edilə bilər. Abidələrdən istifadə onların qorunub saxlanılmasına zərər vurmamalı və tarixi-bədii dəyərinə xələl gətirməməlidir.
3.4. Qoruq ərazisi və burada yerləşən abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda, qoruq ərazisinin və burada yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinin hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin razılığı ilə həyata keçirilir.
3.5. Qoruq ərazisində yerləşən daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədi ilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə həyata keçirilə bilər.
3.6. Həvəskar çəkilişlər istisna olmaqla, Qoruq ərazisində və burada yerləşən abidələrdə kino, foto və video çəkilişlərinin aparılması üçün İdarədən icazə alınmalıdır.
3.7. Qoruq ərazisində və Qoruğa daxil olan abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr İdarə tərəfindən verilmiş icazə sənədlərinə əsasən yerləşdirilir.
3.8.
Qoruq ərazisində yerləşən abidələrə
vurulan zərərin ödənilməsi Azərbaycan
Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
4.
Qoruğun tədqiqi
4.1.
Qoruğun ərazisində arxeoloji qazıntı işləri
aparmaq üçün icazə Azərbaycan Milli Elmlər
Akademiyasının rəyi nəzərə alınmaqla
İdarə tərəfindən verilir.
4.2.
Qoruqda aparılan arxeoloji işlərə İdarə nəzarət
edir.
4.3. Arxeoloji və başqa qazıntılar Qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotoşəkli və ya rəsmi çəkilməlidir. Qazıntı mövsümü başa çatdıqdan sonra bu sənədlərin bir nüsxəsi, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı və aparılmış tədqiqat işləri barədə hesabat İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilməlidir.
4.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda saxlanılır.
4.5. Qoruq ərazisində təsadüfən abidə aşkar etmiş şəxs abidə (dəfinə və ya tapıntı) haqqında İdarəyə məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə İdarə tərəfindən dövlət qeydiyyatına alınmalı və elmi sənədləşdirilməsi təmin edilməlidir.
4.6. Qoruq ərazisində yerləşən abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası ilə məşğul olan ictimai birliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq oluna bilər.
4.7. Tədqiqat işlərinə başlamazdan əvvəl bu barədə İdarəyə məlumat verilir.
4.8. İdarənin razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.
4.9.
Qoruq ərazisində yerləşən
abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası,
rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq
təşkilatlar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin razılığı
ilə iştirak edə bilərlər.
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 3.