«Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 289             Bakı şəhəri, 8 oktyabr 2013-cü il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin birinci hissəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 634; 2006, ¹ 5, maddə 460; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 10, maddə 973) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların gündəlik ərzaq normaları"nın "Qeyd"inə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3. Bu normalar istintaq təcridxanasında təsərrüfat və məişət xidməti işləri üçün saxlanılan məhkumlara da şamil olunur.".

2. Həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - "İstintaq təcridxanalarında saxlanılan şəxslərin gündəlik ərzaq normaları" üzrə:

2.1. adında "İstintaq təcridxanalarında saxlanılan" sözləri "İnzibati qaydada həbs olunan" sözləri ilə əvəz edilsin;

2.2. "Qeydlər" aşağıdakı redaksiyada verilsin:

"Qeyd. Yuxarıda göstərilən miqdarda ərzaq məhsulları 3401 kilokaloriyə  bərabərdir.".

3. "Yuxarıda göstərilən əlavələrə aid qeydlər" bölməsinin 2-ci hissəsindən "və həbsdə saxlanılan şəxslərə" sözləri çıxarılsın.

4. "Azadlıqdan məhrum edilmiş məhkumların və həbsdə saxlanılan şəxslərin qidalanma işlərinin təşkili" bölməsinin adından "və həbsdə saxlanılan şəxslərin" sözləri çıxarılsın.

5. Həmin qərarla təsdiq edilmiş 17 nömrəli əlavə - "İstintaq təcridxanalarında saxlanılan şəxslərin geyim əşyaları normaları" ləğv edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 21 nömrəli əlavə - "Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin yatacaq və başqa məişət ləvazimatları normaları"nın adından "və istintaq təcridxanalarında saxlanılan şəxslərin" sözləri və "İstifadə müddəti" sütununun birinci qrafasından "və istintaq təcridxanalarında" sözləri çıxarılsın.

7. Həmin qərarla təsdiq edilmiş 24 nömrəli əlavə - "Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sabun və yuyucu tozla, diş fırçası və pasta ilə təminatı normaları"nın 1-ci hissəsindən ", təcridxanalar" sözü çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 3.