Türkiyə Böyük
Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olmuşdur
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti oktyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
AzərTAc xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Oqtay Əsədov bu əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını söyləmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasında indiyədək imzalanmış 180-dən çox ikitərəfli sənəd əməkdaşlığımızın yüksək səviyyəsinin bariz nümunəsidir.
Milli Məclisin Sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. O.Əsədov 9 oktyabr prezident seçkilərinin də azad, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanda
prezident seçkilərini Türkiyə Böyük Millət
Məclisinin 35 deputatının izləyəcəyini deyən
nümayəndə heyətinin üzvü, Türkiyə-Azərbaycan
dostluq qrupunun sədri Necdet Ünüvar ölkəmizdə
seçkilərin demokratik standartlara uyğun keçiriləcəyinə
əmin olduğunu vurğulamışdır.
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 4.