Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda
seçkiqabağı prosesin
başlaması və aparılması barədə müsbət
rəy bildirib
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqlayıb. "Trend" xəbər verir ki, Monitorinq Qrupu ümumilikdə seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib.
Sənəddə qeyd olunur ki, Azərbaycanda seçki prosesinin hüquqi əsasları beynəlxalq demokratik qaydalara uyğundur. Seçki Məcəlləsi seçki prosesinin bütün prosedurlarını kifayət qədər təsvir edir. Ciddi əməl olunmaqla, Seçki Məcəlləsi ölkə vətəndaşlarının iradəsini ifadə edə və seçki prosesinin şəffaflığını təmin edə bilər.
Hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşları öz hüquq və vəzifələri barədə maarifləndirmək üçün çalışır. MSK mütəmadi olaraq müşahidəçi missiyalarla əməkdaşlıq edir və missiyalar tərəfindən qeyd olunan məsələlərin həllinə yardım edir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsi tərəfindən müəyyən edilmiş bütün tələblərə, müddətə və prosesin mərhələlərinə uyğun olaraq aparır.
Missiya hesab edir ki, seçki prosesinin bütün iştirakçıları ədalətli və demokratik seçkilərə uyğun olaraq, səslərin planlaşdırılmış sayına cavab verib-verməyəcəyindən asılı olmayaraq, nəticələri qəbul edirlər. Demokratiyanın mahiyyəti bundadır:
"Missiya
seçkiqabağı kampaniyanın müddəti, seçki
günü, səslərin sayılması və nəticələrin
müəyyən olunması prosesinin mövcud gərginlik
artırılmadan Azərbaycanda seçki qanunvericiliyinə
uyğun olaraq həyata keçiriləcəyinə və bu
prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə
ümid edir".
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 3.