Hər bir seçki demokratiyanın daha
da
inkişafı istiqamətində
mütərəqqi addımdır
Böyük Britaniya parlamentinin Lordlar Palatasının Azərbaycanda prezident seçkilərini müşahidə edəcək üzvü German Obe oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov Lordlar Palatasının missiyasının Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir.
Milli Məclisin Sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. O.Əsədov prezident seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün hər bir şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının zəruri texniki avadanlıqla təmin olunduğunu diqqətə çatdırmışdır.
Lord German Obe Böyük Britaniyanın Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına önəm verdiyini demişdir.
Azərbaycanın
qısa müddətdə çox böyük inkişafa nail
olduğunu deyən qonaq bildirmişdir ki, hər bir seçki
demokratiyanın daha da inkişafı istiqamətində mütərəqqi
addımdır.
AzərTAc,
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 3.