Natali QULE: «9 oktyabr
seçkilərinin yüksək
səviyyədə
keçirilməsi üçün geniş hazırlıq
görülmüşdür»
"Mən Azərbaycan
ilə 10 ildir ki, tanışam. Hər gəlişimdə
inkişafın yeni mərhələsinin şahidi
oluram. Bu, məni sevindirir. Çünki bu inkişaf
seçki sisteminin təkmilləşdirilməsində özünü göstərir".
Müstəqil Mətbuat Mərkəzindən
AzərTAc-a bildirmişlər
ki, bu sözləri
jurnalistlərə Fransa
Senatının üzvü,
Senatın müşahidə
missiyasının rəhbəri
Natali Qule söyləmişdir.
Natali Qule demişdir: "Biz oktyabrın 9-da keçiriləcək
prezident seçkilərinə
hazırlığın vəziyyətini
öyrənmək və
səsverməni izləmək
üçün Azərbaycana
gəlmişik. Artıq iki
gündür ki, Bakıdayıq. Seçkilərə hazırlığın
vəziyyəti ilə
maraqlanmışıq və
missiyanın ilkin təəssüratları müsbətdir.
Mərkəzi Seçki Komissiyası
seçkilərin yüksək
səviyyədə təşkili
üçün hər
işi görmüşdür.
Bəzi insanlar və beynəlxalq təşkilatlar
hər şeyi gözləri ilə görmədən, dərindən
öyrənmədən fikir
söyləyirlər. Hesab edirəm ki, bu, düzgün deyildir. Biz bölgələrə
də gedəcəyik
və səsvermənin
gedişini yerlərdə
izləyəcəyik".
Fransa
Senatının müşahidə missiyasının digər
üzvü Mairde de Qerdon demişdir: "Azərbaycanda
seçkilərə hazırlıqla bağlı fikirlərimiz
müsbətdir. İnanırıq ki,
oktyabrın 9-da - səsvermə günündə ən
yaxşı beynəlxalq təcrübənin şahidi
olacağıq".
Azərbaycan.-2013.- 9 oktyabr.- S. 5.