Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 9-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Abdullah Gül prezident seçkilərində böyük qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Azərbaycan xalqının rifahı və əmin-amanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Abdullah Gül ölkələrimiz
arasında dostluq və qardaşlıq əlaqələrinin
daim inkişaf etdiyini qeyd edərək ikitərəfli
münasibətlərimizin bütün sahələrdə
bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini
bildirmişlər.
Azərbaycan.-2013.- 10 oktyabr.- S. 1.