Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 9-da Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik etmiş, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna
Prezidenti Viktor Yanukoviç ölkələrimiz
arasında mövcud olan dostluq
münasibətlərinin uğurla inkişaf etdiyini
vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf
etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 10 oktyabr.- S. 1.