Vladimir ÇUROV: Azərbaycanda
keçirilən prezident seçkiləri
beynəlxalq standartlara uyğun təşkil olunmuşdur
Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil olunmuşdur. Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik.
Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu sözləri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə söyləmişdir.
M.Pənahov seçkilərə hazırlıq və səsvermənin təşkili barədə qonağa ətraflı məlumat vermiş və bildirmişdir ki, prosesdə şəffaflığın təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün hallar tətbiq edilmiş, müşahidəçilər üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda, seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılmışdır ki, bununla da istənilən şəxs onlayn rejimdə səsvermənin gedişini həmin məntəqələrdə əvvəldən axıradək izləyə bilər.
Bakıda
olduğu müddətdə seçkilərə
hazırlıq məsələləri ilə yaxından
tanış olduğunu vurğulayan V.Çurov demişdir:
"Biz Bakı ətrafında bir sıra dairə və məntəqələrdə
olmuşuq. Seçkilər yüksək səviyyədə
təşkil olunmuşdur. Səsvermənin
gedişini izləyən müşahidəçilərin,
eləcə də jurnalistlərin fəaliyyətində heç bir problem yoxdur. Səsvermə
normal keçir. İlkin təəssüratlarımız
müsbətdir".
Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.