Lidiya YERMOŞİNA: Azərbaycanda prezident
seçkiləri
azad, şəffaf və demokratik
şəraitdə keçir
"Hesab edirəm ki, seçkilər azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır". Bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıda səfərdə olan Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşündə səsləndirmişdir.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, M.Pənahov həmkarını salamlayaraq prezident seçkilərinin təşkil edilməsində əldə olunmuş tərəqqidən danışmışdır. O, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün müşahidəçilərin olmasının əhəmiyyətini vurğulamışdır.
M.Pənahov demişdir: "Biz Azərbaycanda seçkilərə hazırlığı və səsvermə prosesini müşahidə etmək üçün bir sıra ölkələrin seçki komissiyalarının rəhbərlərini və beynəlxalq təşkilatların nümayəndələrini dəvət etmişik. Onların səsvermə prosesinə baxışları bizim üçün böyük əhəmiyyət kəsb edir".
L.Yermoşinanın sözlərinə görə, belaruslu müşahidəçilər istər Bakıda, istərsə də bölgələrdə səsvermə prosesini müşahidə edirlər.
L.Yermoşina
demişdir: "Seçki məntəqələrində seçicilərin yüksək fəallığının
şahidi oldum. Qanunun pozulması müşahidə edilməmişdir.
Hesab edirəm ki, səsvermə
azad, şəffaf və demokratik
şəraitdə başa
çatacaqdır".
Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.