Almaniyalı ekspertlər: Azərbaycanda prezident seçkiləri
demokratik seçki standartları
çərçivəsində baş tutmuşdur
Azərbaycanda prezident seçkiləri demokratik seçki standartları çərçivəsində baş tutmuşdur.
Bu sözləri Almaniya nümayəndə heyətinin üzvləri oktyabrın 9-da prezident seçkilərindən sonra keçirdikləri mətbuat konfransında demişlər.
Qrupun rəhbəri, almaniyalı ekspert Edvard Lintner missiyanın üzvləri barədə məlumat verərək bildirmişdir ki, qrupa Avropa Parlamentinin, Almaniya Bundestaqının hazırkı və keçmiş üzvləri daxildirlər.
Ekspertlər bir sıra seçki məntəqələrində olduqlarını, seçkinin tam şəffaf, problemsiz baş tutduğunu qeyd etmişlər. Nümayəndə heyətinin üzvləri oktyabrın 8-dən prezident seçkilərini izləmək üçün ölkəmizə səfərə gəldiklərini bildirmiş, seçkilərin dinc şəraitdə, şəffaf şəkildə keçdiyini vurğulamışlar. Almaniyalı ekspertlər hər bir namizəd üçün İctimai Televiziya və Radio Şirkətində bərabər efir vaxtı ayrıldığını, onların Bakıda və regionlarda seçicilərlə görüşmələri üçün şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Seçki bülletenlərində müxtəlif partiyalar tərəfindən namizədliyi irəli sürülən hər bir namizəd üçün tam dolğun məlumatların əks olunduğunu söyləyən E.Lintner müşahidə etdikləri məntəqələrdə hər hansı bir qanun pozuntusunun olmadığını, seçicilərin məntəqəyə daxil olarkən sol əlinin baş barmağının üstü xüsusi cihazla yoxlanıldığını və barmaqda mürəkkəb olmadığı halda onların məntəqəyə keçməsinə icazə verildiyini bildirmişlər.
Qrupun üzvləri seçicilərə qarşı hər hansı bir mənfi təsir hallarının baş vermədiyini də vurğulamışlar.
Almaniyalı
ekspertlər fürsətdən istifadə edərək Azərbaycanda
seçki prosesinin əsaslarının beynəlxalq hüququn
norma və prinsiplərinə tam uyğunluğunu bəyan
etmişlər.
Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.