Fransanın «OpinionWay»
Tədqiqat İnstitutunun üzvləri prezident
seçkiləri ilə
əlaqədar keçirdikləri exit-pollun nəticələrini
açıqlamışlar
Exit-pollun nəticələrinə görə,
İlham Əliyev 82,8 faiz
səslə birinci olmuşdur
Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun üzvləri oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirdikləri exit-pollun nəticələrini açıqlamışlar.
AzərTAc xəbər verir ki, "OpinionWay" Tədqiqat İnstitutu 64 dairə üzrə 99 məntəqədə exit-poll keçirmişdir. Səs vermiş 4701 seçici exit-polla cəlb olunmuşdur. Exit-pollda iştirak edən seçicilərin anonimliyi təmin edilmişdir.
İnstitutun apardığı exit-pollun nəticələrinə
görə İqbal Ağazadə 1,7 faiz, İlham Əliyev
82,8 faiz, Araz Əlizadə 0,5 faiz, Hafiz Hacıyev 0,4 faiz, Cəmil
Həsənli 9,3 faiz, Qüdrət Həsənquliyev 2,9 faiz,
İlyas İsmayılov 0,5 faiz, Sərdar Məmmədov 0,6
faiz, Zahid Oruc 0,7 faiz, Fərəc Quliyev 0,6 faiz səs
toplamışlar.
Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.