Ukrayna parlamentinin müşahidə missiyası: Prezident seçkiləri

Azərbaycan Konstitusiyasına əsasən keçirilmişdir

 

Prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən keçirilmişdir.

Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu sözləri oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini izləyən Ukrayna parlamentinin müşahidə missiyasının nümayəndələri mətbuat konfransında söyləmişlər.

Bildirilmişdir ki, Ukrayna parlamentinin 5 müşahidəçisi Bakıda və ətraf rayonlarda yerləşən 5 seçki dairəsi üzrə 10 məntəqədə səsvermənin gedişini izləmişdir. Müşahidəçilər səsvermənin seçici  fəallığı ilə, sakit, azad və şəffaf keçdiyini bildirmişlər.

Ümumilikdə isə Ukrayna müşahidəçiləri prezident seçkilərini müxtəlif siyasi partiyaların və dünyanın 100-dən çox  ölkəsindən gələn 1300 müşahidəçinin izləməsini yüksək qiymətləndirmişlər.   

Ukraynanın müxtəlif mətbuat orqanlarının müşahidə missiyası da seçkilərə hazırlıq və səsvermə günü heç bir çatışmazlıq və pozuntu qeydə almadıqlarını bildirmişlər.

Ukraynalı müşahidəçilər demişlər: "Bütün bunlar seçkilərin demokratik, azad, şəffaf və ədalətli keçdiyini, beynəlxalq standartlara cavab verdiyini söyləməyə əsas verir".

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.