«İrəli» seçki kampaniyasını uğurla yekunlaşdırdı

 

Uğurla başa çatan prezident seçkiləri seçicilərin mütləq əksəriyyətinin siyasi iradəsini ortaya qoydu. Yeni Azərbaycan Rartiyasının namizədi cənab İlham Əliyevin qələbəsi göstərdi ki, Azərbaycan xalqı məhz inkişafa, quruculuğafiravan gələcəyinə səs verdi.

Seçki kampaniyası dövründə və eləcə də seçki günü gənclər təşkilatları cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi, seçki proqramının təbliği, eləcə də seçicilərin maarifləndirilməsi istiqamətində fəal apardılar. Bu sırada "İrəli" İctimai Birliyinin fəaliyyəti, həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Seçkilər başa çatdıqdan sonra "İrəli" İB-nin sədri Rauf Mərdiyevlə görüşərək həm seçki kampaniyası, həm də seçki günü həyata keçirdikləri layihələrlə maraqlandıq.

Rauf Mərdiyev bildirdi ki, "İrəli" İB seçki kampaniyasını və seçki gününü əhatə edən bir neçə layihə hazırlayaraq uğurla reallaşdırıb. Bu layihələrdən biri bütün ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan və Mərkəzi Seçki Komissiyası tərəfindən dəstəklənən "Səs ver" kampaniyasıdır. Layihənin məqsədi seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə aktiv iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclər şəbəkəsinin yaradılmasını təmin etmək idi.

"İrəli" İB-nin sədri bildirdi ki, kampaniya ölkədə bir çox ilklərə imza atdı: "Kampaniya çərçivəsində www.sesver.az saytı fəaliyyətə başlayıb, "Səs ver" mahnısı yazıldı və klip çəkildi. Ali təhsil müəssisələrində və bölgələrdə "Səs ver" təlimləri keçirildi, məlumatlandırıcı kitablar hazırlandı, "Səs ver" Çağrı Mərkəzi fəaliyyətə başladı. Həmçinin aksiyalar təşkil edildiseçki haqqında məlumatlandırıcı kitabçalar paylandı".

Layihə çərçivəsində eyni zamanda bütün sosial şəbəklərdə aktiv işlər aparıldı, xeyli sayda xəbərlər və fotolar paylaşıldı. "Facebook" sosial şəbəkəsində paylaşılan xəbərlərə 650 min  baxış sayı, "Twitter"də 125 min, "İnstagram"da paylaşılan şəkillərə isə 80 min baxış sayı olub. "Youtube" da 140 min nəfər kampaniya çərçivəsində hazırlanan videolara baxıb.

"İrəli" İB təşəbbüskarlığı ilə həyata keçirilən digər layihə gənclərin "Mənim Prezidentim"  təşəbbüs qrupunun yaradılması idi. Bu layihənin digər təşəbbüskarları "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və əməkdar artist Tünzalə Ağayevadır. Təşəbbüs qrupunun əsas məqsədi son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaq olmuşdur. "Mənim Prezidentim" - Vətənini sevən, onu daha yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan dövlət başçısı İlham Əliyevə dəstək olan gənclərin layihəsi idi" - deyən Rauf Mərdiyevin sözlərinə görə, avqustun 23-dən başlayan bu kampaniya yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox  şəhər və rayonlarını əhatə etdi.

"Mənim Prezidentim" kampaniyası mühüm layihələrə imza atdı. Bunlara misal olaraq kampaniya çərçivəsində təşəbbüs qrupu tərəfindən bir sıra məşhur insanlarla görüşlərin keçirilməsini, "Azərbaycanımın inkişafı-10 il" fotomüsabiqəsinin, qanvermə aksiyasının təşkilini göstərmək olar. Kampaniya çərçivəsində təşəbbüs qrupunun himninə çevrilən "Mənim Prezidentim" musiqisi bəstələnib, həmçinin bu musiqiyə klip çəkilib.

"İrəli" İB-nin həyata keçirdiyi digər layihə  "10 il" kampaniyasıdır. Bu kampaniyada qarşıya qoyulan vəzifə Prezident İlham Əliyevin ötən 10 ildəki fəaliyyəti dövründə əldə edilən uğurların təbliğidir. Bu kampaniya çərçivəsində "İrəli" İB növbəti ilkə imza ataraq ilk dəfə Heydər Əliyev Sarayının səhnəsində 200 gəncin iştirakı ilə Prezidentə Dəstək fleşmobunu keçirib.

Bu kampaniya çərçivəsində "#10 il" İnstagram müsabiqəsi də keçirilib. Müsabiqəyə min nəfərdən artıq "Instagram" istifadəçisi qoşulubson 10 ildə Azərbaycanın inkişafını, "İnstagram" istifadəçilərinin şəxsi nailiyyətləri və uğurlarını əks etdirən 6000-dən çox foto təqdim edilib. Bu işlər arasında 400 ən yaxşısı isə sərgidə nümayiş olunub "10 il" jurnalında çap edilib.

Qeyd edək ki, oktyabrın 9-da "İrəli" İB-nin seçki qərargahı gün ərzində operativ fəaliyyət göstərdi. "İrəli" İB-nin hər bir üzvü səhər saatlarında cənab İlham Əliyevə səs veribbu barədə təəssüratlarını sosial şəbəklərdə paylaşıb. Təşkilatın həlledici mərhələsinə qədəm qoyan "Səs ver" Çağrı Mərkəzi gün ərzində 300-dən artıq zəng qəbul edib. Zəng edənlərə "İrəli" İB-nin üzvləri tərəfindən hüquqi yardımlar göstərilib. Günün sonunda isə "İrəli" İB-nin üzvləri Bayraq Meydanı istiqamətində avtoyürüş təşkil edərək cənab İlham Əliyevin qələbəsini qeyd ediblər.

Qeyd edək ki, "Mənim Prezidentim" layihəsi çərçivəsində mobil əlavə də hazırlanıb. Bu əlavəyə qoşulan gənclər cənab İlham Əliyevə səs verdiklərini bildiriblər. Gün ərzində mobil əlavə vasitəsilə təxminən 50 minə yaxın gənc cənab İlham Əliyevə səs verdiyini göstərib. Bunu həm "exit poll" kimi qəbul etmək olar.

Rauf Mərdiyev yekunda qeyd etdi ki, gənclərimiz son 10 ildə Prezident İlham Əliyevin Azərbaycanı hansı zirvəyə yüksəltdiyinin şahidi olublar. Onun sözlərinə görə, əgər bu inkişafın davamlı olmasını istəyiriksə, daha güclü Azərbaycan, daha müstəqil Azərbaycan, Qarabağlı Azərbaycan istəyiriksə bizim dəyişməz seçimimiz İlham Əliyevdir!

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 10 oktyabr.- S.4.