Səsvermə uğurla keçdi

 

"Seçkilər" İnformasiya Mərkəzi gün ərzində ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında vaxtaşırı məlumatlandırdı

 

 

 

Oktyabrın 9-da "Seçkilər" İnformasiya Mərkəzi səsvermənin gedişi ilə

 bağlı təlimata uyğun olaraq gün ərzində ictimaiyyəti məlumatlandırdı.

 

MSK katibliyinin İnformasiya Mərkəzinin konfrans zalında quraşdırılan yeni monitor Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulmaqla səsvermənin gedişi və nəticələri haqqında məlumatları vaxtaşırı çatdırırdı. Monitorun xüsusi özəlliyi eyni vaxtda paralel olaraq dörd məzmunda müxtəlif informasiyanı çatdırması idı.

İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov ümumən ölkə üzrə seçici aktivliyinin yüksək olduğunu bildirdi. Qeyd etdi ki, seçicilər seçkilərlə bağlı informasiyaları MSK və İnformasiya Mərkəzinin saytları ilə yanaşı, "Elektron Hökumət" portalı vasitəsilə də əldə edə bilərlər. Hər üç sayta elektron xəritələr də əlavə olunub. Artıq seçicilər elektron xəritə vasitəsilə dairə və məntəqələrin yerini, ünvanını müəyyənləşdirə, hətta ora gedən marşrutu, məsafəni öyrənə bilərlər.

Onun sözlərinə görə, bu dəfəki yeniliklərdən birimobil qurğular vasitəsilə yuxarıda qeyd olunan informasiyaların əldə edilməsinin mümkünlüyüdür. Məsələn, "Smartfon" tipli cihazlardan xüsusi proqram vasitəsilə hər üç saytdakı informasiyaları əldə etmək və elektron xidmətlərdən istifadə etmək olar. Bu da imkan verir ki, seçici harada olmasından asılı olmayaraq istənilən nöqtədən MSK-nın müvafiq məlumatları ilə tanış olsunya öz məlumatlarını çatdıra bilsin.

Mərkəzin fəaliyyətindəki yeniliklərdən biriveb-kameralarla bağlıdır. Məlum olduğu kimi, ilk dəfə olaraq 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermənin gedişini internetdən canlı müşahidə etmək üçün seçki məntəqələrində 500 veb-kamera quraşdırılıb. Bu seçkidə isə kameraların sayı 1000-ə çatdırılıb. Eyni zamanda kameraların modelitexniki avadanlıqlar da yenilənib ki, bu da görüntülərin daha keyfiyyətli olmasına imkan verir. Məlumat üçün bildirək ki, əvvəlki seçkilərdə seçicilər seçkinin gedişini veb-kamera ilə izləmək üçün kompyuterə xüsusi proqram yükləməli idilər. Bu da müəyyən problemlər yaradırdı. Çünki hər kəsin kompyuterdən istifadə etmək bacarığı eyni deyil. Lakin bu seçkidə heç bir xüsusi proqrama ehtiyac olmadı. Belə ki, istifadəçi sadəcə bir düyməni vurmaqla seçkinin gedişini canlı izləmək imkanı əldə edə bildi.

Qeyd edək ki, ölkəmizdə yaradılan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və eləcə də İnformasiya Mərkəzinin fəaliyyəti operativliyinə, informasiyanın həcminə və əhatə dairəsinə görə seçilən bir sistemdir. Son yeniliklər isə sırf mərkəzin öz əməkdaşlarının, öz proqramçılarının beyninin məhsuludur. Mərkəzi Seçki Komissiyasının (MSK) və İnformasiya Mərkəzinin internet saytlarının yenilənməsi də mühüm məsələlərdəndir. "www.msk.gov.az" və "www.infocenter.gov.az" saytında informasiyaları daha rahat şəkildə əldə etmək mümkün idi.

İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov respublika üzrə saat 10:00-a olan məlumatları açıqlayandan sonra səsvermədə yüksək fəallığın olduğu bir daha öz təsdiqini tapdı.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermənin gedişi ilə bağlı respublika üzrə ümumi mənzərəni əks etdirdi. Ümumi dinamika deməyə əsas verir ki, Azərbaycan vətəndaşları seçkidə kifayət qədər fəallıq nümayiş etdirirlər. Onun sözlərinə görə, Avropa və MDB ölkələrindən olan MSK sədrləri və nümayəndələri, beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər: "Onlar seçki komissiyaları üzvlərinin peşəkarlığından, müşahidəçilərin çoxluğundan və kifayət qədər maarifləndirilməsindən məmnun olduqlarını bildiriblər. Həmçinin onlar Azərbaycan mətbuatının peşəkarlığından da məmnunluq ifadə ediblər".

"Saat 12:00-a olan rəqəmlərə görə, seçicilərin fəallığı 36,81 faiz təşkil edib. Əslində bu prezident seçkiləri üçün kifayət qədər yüksək fəallıqdır. Bu göstərici bizi tam qane edir. Bu, günün birinci yarısına qədər olan normal fəallıqdır". Seçki məntəqələri və dairələrdən bir sıra şikayətlərin daxil olmasına münasibət bildirən M.Pənahov qeyd etdi ki, müxtəlif xarakterli müraciətlər olur, amma MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu rəsmi şəkildə daxil olmayıb: "Biz operativ şəkildə bütün dairələrlə həmişə əlaqə saxlayırıq. Belə bir hal olub ki, seçki məntəqəsinin birində vətəndaş KİV adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bizə bəzi məlumatlar gəlib ki, Cəlilabadda bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə ki, bu, bizə bir az təəccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur".

MSK sədri bildirdi ki, ümumiyyətlə bir seçiciyə birdən çox bülletenə toxunmağa icazə verilmir: "Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi tərəfimizdən çox ciddi araşdırılacaq".

M.Pənahov konkret faktlar açıqladı: "Bizə məlumat daxil olub ki, Zərdab rayonunda Milli Şuranın namizədi Cəmil Həsənlinin nümayəndəsi Yaşar İsgəndərov çəkiliş apararaq seçicilərin səs verməsinə mane olubseçki prosesini pozmağa cəhd göstərib. 40 saylı Kəpəz ikinci seçki dairəsində (Gəncə) Milli Şuranın digər nümayəndəsi Natiq Abdullayevin isə şəxsiyyət vəsiqəsində problem olubo da qarışıqlıq yaratmağa cəhd edib".

Beynəlxalq müşahidəçilərin fəaliyyətinə münasibət bildirən M.Pənahov qeyd etdi ki, rəsmi şəkildə rəy bildirmək əlbəttə ki, tezdir: "Lakin bizim əldə etdiyimiz məlumatlara görə, beynəlxalq müşahidəçilər Azərbaycanın bütün regionlarında seçki məntəqələrində olublar və yəqin ki, fikirlərini seçkilərdən sonra bildirəcəklər. Bildiyiniz kimi, beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çoxdurbiz bunu alqışlayırıq. Bu onu göstərir ki, Azərbaycana böyük maraq var".

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 10 oktyabr.- S.6.