Prezidentliyə namizədlər səs
verdilər
Dünən ölkə üzrə 125 seçki dairəsinin 5 492 seçki məntəqəsində prezident seçkiləri keçirildi. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfər idi. Səs verən seçicinin 9 nəfəri üçün 9 oktyabr xüssi önəm kəsb etdi. Çünki onların hər biri bu seçkilərə prezident seçilmək üçün qatılmışdı.
Qeyd edək ki, prezdentliyə namizədlərin sayı 10 nəfər idi.
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin Ş.Ələkbərova küçəsi 7 ünvanında yerləşən 6 saylı seçki məntəqəsində səs verib. Prezidentlə birgə xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da səsvermə prosesində iştirak ediblər.
Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə 19 saylı Nərimanov seçki dairəsinin 7 saylı məntəqəsində səs vermək hüququndan istifadə edib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 8 saylı Binəqədi birinci seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi birinci seçki dairəsinin 31 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquluyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.
Milli Şuranın namizədi Cəmil Həsənli 17 saylı Yasamal üçüncü seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı məntəqəsində səsvermədə iştirak edib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səs verib.
Öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində səsvermə hüququndan istəfadə edib.
Ədalət
Partiyası tərəfindən namizədliyi irəli
sürülən İlyas İsmayılov səsvermə
prosesində iştirak etməyib.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 10 oktyabr.- S.7.