Beynəlxalq müşahidəçilərin
rəyi:
Azərbaycan
seçkilərin təşkilində bir sıra ölkələrə
demokratiya dərsi keçə bilər
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatların marağı böyük idi. 99 ölkəni təmsil edən 49 beynəlxalq təşkilatdan 1200-dən çox müşahidəçi seçki prosesini izləmək üçün ölkəmizə gəlmişdi.
Gün ərzində görüşdüyümüz və fikrini öyrəndiyimiz beynəlxalq müşahidəçilər seçkilərin qüsursuz keçirildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini, neqativ hadisə ilə raslaşmadıqlarını və hər addımda peşəkarlığın şahidi olduqlarını bildirdilər. Onlardan bəzilərinin qəzetimizə, "Trend", "Milli.az", "Səs" və APA agentliklərinə verdikləri açıqlamaları diqqətinizə çatdırırıq:
Rafael TROTMAN,
Qayana
parlamentinin spikeri:
- Səhər
saatlarında seçki məntəqələrində
olmuşam. Təşkilati vəziyyətdən
yüksək dərəcədə təsirlənmişəm.
İnsanlar istəklidir, məntəqələrdə
çoxsaylı seçicilər müşahidə olunur.
Çox fəal və davamlı səsvermə
prosesi gedir. İşçilərin peşəkarlığı
hiss edilir. Bir məntəqədə
açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin
oxunması bu prosesə necə ciddi
yanaşıldığını göstərir. Mən öz ölkəmdə də bu səviyyədə
seçkilərin keçirilməsini arzulardım. Əvvəllər başqa ölkələrin də
seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən
seçkilər bütün normalara uyğun şəkildə
aparılır.
Sergey
LEBEDEV,
MDB
Müşahidə Missiyasının rəhbəri:
"Azərbaycanda seçki kampaniyası kifayət qədər
sakit keçir. Seçicilərin səsvermədə
öz hüquqlarını ifadə etmələri
üçün bütün şərait yaradılıb.
Səhər saatlarında seçicilərin təxminən
10 faizi səs verib və bu elə də pis nəticə deyil.
Səsvermə normal gedir. Öz
mövqelərini bildirmələri üçün
yaşlı və xəstə seçicilər
üçün də şərait yaradılıb. Seçki məntəqələrində
bütün lazımı məlumatlar var ki, bu da seçicilər
üçün çox əhəmiyyətlidir. Biz özümüz gördük ki, əgər kimdəsə
suallar yaranırsa, seçicilərin köməyinə əksər
hallarda seçki məntəqələrinin nümayəndələrinin
özləri gəlirlər. Əksər məntəqələr
veb-kameralarla təchiz olunubdur".
Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq
müşahidəçilər Azərbaycanda seçkilərin
gedişindən razıdırlar.
Yuri
ÇOKAN,
Moldova Mərkəzi
Seçki Komissiyasının sədri:
- Azərbaycanda
prezident seçkiləri üçün hər şey
yüksək səviyyədə hazırlanıb. Seçkilər
ştat rejimində keçir, səhər saatlarında məntəqələrin
açılması ilə əlaqədar bütün
prosedurlarda iştirak etmişik, yəni bura seçki
qutularının möhürlənməsi, seçki
bülletenlerinin sayılması, müşahidəçilərin
qeydiyyata alınması daxildir. Bütün
seçki məntəqələrində logistika yaxşı
səviyyədədir. Bakıda və
şəhərdən kənarda bir çox seçki məntəqələrində
veb-kameralar quraşdırılıb. Fikrimizcə,
seçki fəallığı olduqca yüksək
olmalıdır, çünki biz səhər saatlarından
insanların seçki məntəqələrinə gəlməsinin
şahidi olmuşuq. Hətta məntəqələrin
birində növbə yaranıb.
Feramuz
ÜSTÜN,
Türkiyə
Böyük Millət Məclisinin üzvü:
- Azərbaycanda
keçirilən prezident seçkiləri ilə bağlı
Sumqayıtda bir sıra seçki məntəqələrində
müşahidələr apardıq. Biz Azərbaycanda
baş verən irəliləyişləri
alqışlayırıq. Biz bir millət,
iki dövlətik və seçkilərdə kimin qələbə
çalmasından asılı olmayaraq, Azərbaycan xalqı
üçün daha da inkişaf etmiş bir ölkənin
olmasını arzu edirik. Azərbaycanda
aparılan seçkilər bütün Avropa dövlətlərində
keçirilən seçkilərə bənzəyir. Baş çəkdiyim məntəqələrdə
səsvermənin təşkili və seçkilərin
gedişi ilə bağlı heç bir problemə rast gəlməmişəm.
Seçkilər son dərəcə yüksək
səviyyədə keçirilir. Seçicilərin
fəallığını yüksək qiymətləndirirəm.
Ermin
Valter NADLER,
Almaniya
Parlamentinin deputatı:
-
Apardığımız müşahidələr seçkilərin
demokratik və şəffaf keçdiyini göstərir. Biz artıq bir neçə seçki məntəqəsində
olmuşuq. İndiyədək
apardığımız müşahidələr seçkilərin
demokratik və şəffaf keçdiyini göstərir.
İndiyədək heç bir neqativ hal qeydə
alınmayıb. Çox maraqlıdır
ki, səsverməyə gələnlər arasında
qadınların çoxluğu müşahidə olunur.
Jaçek
Vlaslav VLOSOVİÇ,
Avropa
Parlamentinin üzvü,
Polşa
Seyminin sabiq senatoru:
- Səhər
bir neçə məntəqədə olmuşuq. Hər şey əladır. Düşünürəm
ki, seçicilərin iştirakı bizim ölkəmizdəkindən
daha çoxdur. Bu cür mənzərini
görmək, insanların marağını müşahidə
etmək çox maraqlıdır. Fikrimcə,
hər şey çox yaxşı hazırlanıb. Divarlarda seçicilərin siyahısı
asılıb. Digər ölkələrdən
də müşahidəçilər var. Hər şey
qaydasındadır. Səhər məntəqələr
vaxtında açılıb. Mən
dünyada seçkilərin müşahidə olunması
üzrə bir çox missiyaların tərkibində işləmişəm.
Böyük təcrübəsi olan bir şəxs
kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri
çox yaxşı təşkil edib.
Hakkı
KESKİN,
2005-2010-cu
illərdə Almaniya
parlamentinin deputatı, professor:
- Azərbaycanda
seçkilərin gedişatını izləmək
üçün gəlmişik. Hələlik 8
məntəqədə olmuşuq, qeydlərimizi
aparmışıq. İndiyə kimi hər
şey normal görünür. Seçkidə
iştirak yüksək səviyyədədir. Heç bir problem yoxdur. Bundan
sonra 3 məntəqəyə də getməliyik. Axşam saatlarında sandıqların
açılmağını müşahidə edəcəyik.
Daha sonra protokalları dostlarımıza verib dəyərləndirəcəyik.
Azərbaycanda əvvəlki seçkilərdə
də olmuşam. Gəzdiyimiz məntəqələr
çox gözəl məktəblərdə təşkil
olunub. Ümid edirəm ki, bütün məktəblər
belə gözəldir. Almaniyada bu qədər
belə gözəl məktəblər yoxdur. Möhtəşəm bir inkişaf var. Seçki
sandıqlarının demək olar ki, əksəriyyətinin
başında xanımlar dayanıb. Türkiyədə
kişilər bu vəzifəni icra edirlər. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasətlə
maraqlanırlar. Bu, çox gözəl bir
hadisədir. Seçicilər fəaldır.
Vladimir
İLİÇ,
Serbiya
parlamentinin nümayəndəsi:
-
Seçki günü səhər saatlarından bir neçə
seçki məntəqəsində olmuşuq. Bu
mərhələ üçün hər şey
qaydasındadır və normaldır. Birinci
seçki məntəqəsində 1 saat ərzində təxminən
100 nəfər səs vermişdi. Digər
məntəqədə isə təxminən 15 nəfər
seçici var idi. Hələlik heç
bir problemlə qarşılaşmamışıq. Seçki günü, əvvəlki seçkilərdə
olan qanun pozuntularını aradan qaldırmaq üçün
qaydalara əməl olunmuş, prosedurlar gözlənilmişdir.
Bununla yanaşı, müşahidəmiz zamanı
seçicilərin siyahıya alınması, barmağın
mürəkkəbə batırılması, veb-kameraların
quraşdırılması müxtəlif siyasi partiyalardan
seçkilərin müşahidəsi, seçki
müşahidəçilərinin dairə və məntəqələri
əhatə etməsi, "exit-poll" keçirilməsinə
də rast gəlinmişdir.
İsmayıl
SAFİ,
Qara Dəniz
QHT Forumun
Müşahidə
Missiyasının rəhbəri:
- Azərbaycan
paytaxtının seçki məntəqələrində səsvermə
prosesi kifayət qədər yüksək səviyyədə
təşkil edilib. Günün birinci
yarısında rəhbərlik etdiyini müşahidə
missiyası üç seçki məntəqəsində
olub. Hər üç seçki məntəqəsində
səsvermə prosesi yüksək səviyyədə təşkil
olunub və bu, ilk baxışdan da görünür. Səsvermə prosesini həm hakim partiya, həm
müxalifətdən olan, həm də müstəqil
müşahidəçilər izləyirlər. Biz
onların fikirləri ilə yerindəcə tanış
olduq. Onların hamısı seçki prosesini
yüksək qiymətləndirir. Mənim
Bolqarıstan və Türkiyədən olan həmkarlarım
da eyni fikirdədirlər.
Emanuel
Robert İNKİRİVANQ,
İndoneziya,
sabiq səfir:
- Azərbaycana
ilk səfərimdir. Seçki müşahidəçisi
kimi ilk təcrübəmdir. Bir həmkarımla
Xətai rayonunda seçki məntəqəsində oldum, hər
şey yaxşı idi. Günortaya doğru say artmağa
başladı. Hardasa 300-400 seçici var idi.
1400 nəfərin seçici siyahısında
olmasını nəzərə alaraq, bu rəqəm kifayət
qədər qənaətbəxşdir. Texniki
cəhətdən hər şey qaydasında idi. Ümumiyyətlə, 6 seçki məntəqəsində
olmuşam. Ümumilikdə deyə bilərəm
ki, proseslər yaxşı gedir. İşçilər
çox mehriban idilər.
Lidiya
LOUSON,
ABŞ-ın
Müstəqil Amerika Mərkəzinin direktoru:
- Saat
7:30-dan müşahidələrə başladıq və 10
seçki məntəqəsində olduq. Hər
məntəqədə seçki qanunu ilə bağlı
materiallar var idi. Hər şey qanunlara
uyğun keçirdi. Biz seçki
komissiyalarının üzvləri və müşahidəçilərlə
danışdıq və onlar pozuntu qeydə
almadıqlarını dedilər.
Muhammad
Yusuf KALLA,
Asiya və
Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar Təşkilatının
üzvü:
- Azərbaycanda
seçki prosesi şəffaf və demokratik keçirilir. Apardığımız müşahidələr əsasında
deyə bilərəm ki, həm biz, həm də seçicilər
hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli və
xarici müşahidəçilərin öz vəzifələrini
icra etmələri üçün lazımı şərait
yaradılıb. Seçki məntəqələrində
quraşdırılan kameralar şəffaflığın təminatıdır.
Onu da diqqətinizə çatdırım ki,
getdikcə seçici aktivliyi müşahidə olunur. Seçkilərdə iştirak etməkdə və
ölkə prezidentini seçməkdə vətəndaşlar
biz gözlədiyimizdən də çox
maraqlıdırlar".
Uolter
KOLBOU,
Almaniya
parlamentinin keçmiş üzvü:
- Biz
altı seçki məntəqəsində olduq, onlarda
çox yüksək seçici fəallığı
müşahidə olunurdu. İnsanlar səs vermək
istəyirdilər və belə imkana malik olduqlarına görə
şad idilər. Seçki məntəqələrində
müxtəlif partiyaların nümayəndələrini
görmək xoş təsir bağışlayan fakt idi".
Eqon
JUETTNER,
Almaniya
bundestaqının üzvü:
- Azərbaycanlı
seçicilər prezident seçkilərində fəal
iştirak edirlər. Bu gün bir neçə məntəqədə
olmuşam. Xüsusi bir mənfi hal
aşkarlanmayıb. Ümid edirəm ki,
seçkilər yaxşı keçəcək. Bu barədə axşam nəticələr
çıxanda daha yaxşı biləcəyik. Burada da Almaniyadakı kimi insanlar seçkidə fəal
iştirak edirlər. Hətta məntəqələrin
birində saat 8-dən əvvəl insanlar gəlmişdi, sadəcə
seçki prosesi başlamadığından onları içəri
buraxmırdılar. Bu mənzərəni
görmək çox maraqlıdır. Bu,
yaxşıya işarədir. Burada da
seçki prosedurları Almaniyada olduğu kimidir.
David
PODOF,
ABŞ,
iqtisadiyyat professoru:
-
Seçkilər çox şəffafdır. Hər
şey insanların gözü qarşısında
keçirilir. Onlar bütün proseslərə
canlı şahid olurlar. Burada seçicilərin
iştirakı Amerika ilə müqayisədə daha
çoxdur. Bu da ölkənin gələcəyi
üçün çox şey deməkdir. Bir təhsil işçisi kimi deyə bilərəm
ki, mən məsələlərə fərqli prizmadan da
baxıram. Seçki məntəqələrinin
binalarından, onların məktəblərdə
qurulmasından çox təsirlənmişəm. Bu, onu sübut edir ki, ölkənin gələcəyi
onun təhsilli gənclərindən asılıdır.
Bu seçki prosesini 5 ballıq şkala ilə 4,5
balla dəyərləndirirəm.
Sheyla
KOPPS,
kanadalı müşahidəçi:
-
Seçkilərin ədalətli, şəffaf və demokratik
şəkildə keçirilməsi aydın hiss olunur. Diqqətimi çəkən məqamlardan biri də
odur ki, bir insan iki dəfə kağız götürmür.
Bu da o deməkdir ki, seçki prosesində
heç bir saxtakarlığa yol verilmir. Bununla
yanaşı, vətəndaşlar öz səslərini
ardıcıllıqla verirlər. Saatlar
keçdikcə seçicilərin sayında xüsusi aktivlik
nəzərə çarpır. İnsanlar
yüksək əhval-ruhiyyədə məntəqələrə
gələrək səslərini verirlər. Azərbaycanda seçki prosesinə çox məsuliyyətlə
yanaşıldığı ortadadır.
Timoti
Maykl MAK QİVERN,
ABŞ,
hüquqşünas:
-
Seçkilər çox maraqlı, ədalətli keçir. 6-7 seçki məntəqəsində olmuşuq.
Normal proseslər gedir. Demokratiyanı,
insanların iştirakını görmək çox gözəldir.
İnsanlar çox istəkli görünürlər.
Biz 92 yaşlı bir qoca gördük, o bildirdi ki, 5 il əvvəl də bu məntəqədə
səs verib və ümid edir ki, 5 il sonra da seçkilərdə
iştirak edəcək. Hər şey əladı.
5 ballıq şkala ilə 5 balla dəyərləndirirəm.
Sara
NAXAMA,
Almaniyada
universitet rektoru:
- İnsanlar çox mehribandırlar. Bizim
suallarımıza çox yaxşı cavab verirdilər.
Biz hər yerə rahat gedə bilirik. İnsanlar bir-birinə qarşı çox
anlayışlıdırlar. Heç kəs
kimisə əzib qabağa keçmək istəmir, bəzi
ölkələrdə olduğu kimi. Qanunlara
riayət edirlər. Hal-hazırda qalmaqaldan
kənar bir seçki prosesi gedir.
Gözde
DİZDAR,
türkiyəli müşahidəçi:
- Seçki prosesinə nəzər yetirdikdə hiss olunur ki, Azərbaycan bu işə çox ciddi hazırlaşıb. Hər şey yüksək səviyyədə təşkil olunub. Bununla yanaşı, seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrin olması ölkənizin öz güvənini daha da artırmış olur. Prezident seçkiləri Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rola malikdir. Çünki kimin prezident seçilməsi bundan sonra dövlətinizin inkişafını və 5 illik gələcəyini təyin edəcək. Ona görə də mən belə düşünürəm ki, Azərbaycan xalqı seçki məsuliyyətini yaxşı dərk edir. Onlara heç bir müdaxilə edilmədiyini də nəzərə alsaq, demokratik seçim etməkdə kifayət qədər sərbəst olduqlarını deyə bilərik. Buna görə də indidən seçkilərdə qalib gələcək prezidentə uğurlar arzulayırıq. Seçkilərin özü bütün beynəlxalq standartlara cavab verir".
Domini
Torrevillas SUAREZ,
Flippini təmsil
edən müşahidəçi:
- Dörd
seçki məntəqəsində müşahidə aparan
zaman əvvəlcə səsvermədə kişilərin
çoxluq təşkil etdiyinin şahidi oldum. İlk
baxışdan qadınların az olması
diqqətimi çəksə də, saatlar keçdikcə
tarazlıq yarandı. Qadın seçicilər
arasında da xüsusi aktivlik müşahidə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki,
Azərbaycanda prezident seçkiləri texniki cəhətdən
yaxşı təşkil olunub. Səsvermə
prosesi normal keçir, hələlik qayda pozuntuları
müşahidə olunmayıb. Bizim
olduğumuz məntəqələrdə hər şey
yaxşı təşkil edilib. Hər məntəqədə
seçici siyahılarının olması, yerli və beynəlxalq
müşahidəçilərə səsvermənin
gedişini izləməsinə şərait yaradılması
xoşumuza gəldi. Çünki bu, Azərbaycanın
demokratiyasının əsas göstəricilərindən
biridir. Bu gün Azərbaycan hətta digər
ölkələrə demokratiya dərsi keçə bilər.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2013.- 10 oktyabr.- S.13.