Binəqədi rayonunda
111 yaşlı Maral Məhərrəmova
seçki məntəqəsinə gələrək
səs verdi
Bakının 8 saylı Binəqədi I seçki dairəsinin 6 saylı məntəqəsində rayonun ən qocaman sakini Maral Məhərrəmova səs vermişdir.
Maral nənənin 111 yaşı var.
Səsvermə
bülletenini alıb doldurandan sonra qutuya atan Maral Məhərrəmova
AzərTAc-a müsahibə vermişdir.
Ağbirçək bildirmişdir ki, mən istədiyim namizədə səs verdim: Məntəqədə çox yaxşı şərait yaradılıb. Mənim 111 yaşım var və indiyədək çox seçkilərdə iştirak etmişəm. Bugünkü seçkilərdəki fəallıq məni çox sevindirdi. Qoca da, cavan da seçkilərdə fəal iştirak edir, sərbəst şəkildə səslərini verirlər".
Ömrünün
bu yaşında seçkidə iştirak etmək hər adama
qismət olmur. Buna görə özümü xoşbəxt hiss
edirəm. Hamıya məsləhət görürəm ki, mənim kimi məntəqələrə
gəlib səs versinlər.
Azərbaycan.-2013.- 10 oktyabr.- S.13.